KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türkiyə və Rusiya münasibətlərində yeni bir dönəm başlayır

Türkiyə və Rusiya münasibətlərində yeni bir dönəm başlayır

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
281 0

Turkiyə Rusiyanın Yaxın Şərqdəki canfəşanlığı ucbatından qaçqın axını ilə üz-üzə qalıb. Bu isə Ərdoğanın xarici və daxili siyasətinə birmənalı olaraq ziddir. Əvvəla Türkiyə artıq yeni bir miqrant axınına nə psixoloji nə də ekonomik hazır deyil. Bu mənada mütləqdir ki, xalqın narazılığı daha da artacaqdır. Bundan əlavə Türkiyə ABŞ ilə demək olar ki, bütün körpüləri yandırıb. Bunun da başlıca səbəbkarı məhz Rusiyadır. Təsadüfi deyil ki, Ərdoğan son İdlib hadisələrindən sonra Krıma dəstək mesajı, eyni zamanda Ukraynaya səfəri məhz buna hesablanıb. Ərdoğan çətin sual qarşısındadır.
Rusiya Türkiyə ilə münasibətlərdə Suriyanı daha üstün tutdu. Çünki Əsəd sadiq nökərdir. Türkiyə isə Rusiyanın gələcək planları üçün bir növ təhlükədir. Hansı ki, Aralıq dənizindəki son proseslər də bunu deməyə əsas verir. Nədənsə Rusiyanın dəstəklədiyi hər hansı qüvvələr Türkiyənin milli təhlükəsizliyi baxımından real təhlükə hesab edilir. Suriya qüvvələrinin atəşi nəticəsində 4 Türk əsgəri Şəhid olub. Bununla da daxildəki Rusiyaya meylli qüvvələrin də deməyə sözü qalmayır.
Türkiyənin sərhədlərinin təhlükəsizliyə alınması Türkiyənin regionda daha sərbəst hərəkətinə zəmin yaradacaq.
İstənilən halda Türkiyə və Rusiya münasibətlərində bir növ uçurum yarandı. ABŞ dövlət katibi Mayk Pompeonun növbəti səfərlərindən biri də məhz Türkiyəyə ola bilər.
ABŞ bu mənada Türkiyə ilə münasibətləri yenidən bərpa etməyə çalışacaq. Bu eyni zamanda seçki ərəfəsində Donald Trampın da maraqlarına cavab verir.
Rusif Məmmədsoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir