KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Turan Rzayev: Separatçıların gecə toplantısı: Bakının təklifi müzakirə edilib və…

Turan Rzayev: Separatçıların gecə toplantısı: Bakının təklifi müzakirə edilib və…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
150 0

Dünən Xankəndidə separatçıların iclası keçirildi. Saat 21:00 radələrində başlanan iclas saat 4:00-ə qədər davam edib. Diqqətçəkən məqam iclasda Araik Arutyunyandan başqa separatçıların keçmiş liderləri Bako Saakyanın da iştirak etməsidir.

İclasın keçirilmə səbəbi mövcud vəziyyətdən çıxış yolları tapmaqdır. Məsələ ondadır ki, rəsmi Bakı Ermənistanın göndərdiyi humanitar yüklərin Laçın yolu ilə Xankəndiyə aparılmasına icazə vermir. Azərbaycan tərəfi humanitar yüklərin yalnız Ağdam-Xankəndi yolu ilə daşınmasında israrlıdır.

Humanitar yüklərin Laçın yolu ilə Xankəndiyə çatdırılması istiqamətində aparılan təbliğatın və yaradılmağa çalışılan beynəlxalq təzyiqin də nəticəsiz qaldığını görən separatçılar çıxış yolu axtarırlar.

Vaxt azalır…

Separatçı liderlərin təcili iclas keçirməsi vaxtın onlar üçün azalması, habelə çəmbərin daralması ilə bağlıdır. Ermənilər iddia edirlər ki, Xankəndidə aclıqdır, qida, yanacaq ehtiyatları tükənir. Halbuki Xankəndidə restoranlar gecə saatlarına qədər işləyir, insanlar heç də aclıqdan əziyyət çəkən kimi görünmürlər.

Digər tərəfdən, ermənilər Azərbaycanın Laçın yolunu bağladığını iddia edirlər. Halbuki gün ərzində bu yoldan azı 50-60 erməninin keçidi qeydə alınır. Belə olan halda erməni yalanları iflasa uğrayır.

Bütün bunları nəzərə alaraq demək olar ki, separatçılar görüş zamanı humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə çatdırılması məsələsini müzakirə ediblər. Bundan başqa, iclas zamanı Bakı ilə Yevlaxda ya da Bərdədə görüşlərin keçirilməsi də müzakirə oluna bilər.

Bakının həmləsi

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ağdam-Xankəndi yolu ilə bölgədə yaşayan ermənilər üçün 40 ton un məmulatı göndəriləcəyini açıqladı.

Bu, separatçılar üçün gözlənilən, lakin arzu edilməyən ssenari idi. Məsələ ondadır ki, separatçılar Bakının bu təklifini geri çevirə bilməzlər. Əks təqdirdə bu onların “Xankəndidə aclıq var”, “humantira böhran”, “Azərbaycan bizi blokadada saxlayır” kimi yalanlarını ifşa edəcək.

Separatçılar ilkin olaraq 40 ton humanitar yükü əraziyə buraxmasa belə gec tez buraxmaq məcburiyyətində qalacaq. Prinsip etibarilə separatçıların başqa seçimi yoxdur, çünki rəsmi Bakı alternativ təklifləri qəbul etmir, etməyəcək də.

Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir