KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Anar Esedli: 9 may – Mütərəqqi bəşəriyyətin faşizm üzərində qələbəsidir

Anar Esedli: 9 may – Mütərəqqi bəşəriyyətin faşizm üzərində qələbəsidir

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
30 0

2020-ci ilin 9 aprelində Parlamentin yığıncağında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarıldı və “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Yubiley Medalının təsis olunması haqqında qərar qəbul olundu. O zaman bu məsələylə bağlı mənim onlarla məqaləm,yazılarm oldu.

Sovet düşüncə tərzinin məhsulu olan “Böyük Vətən Müharibəsi” ifadəsinin Azərbaycan Respublikasının istisnasız olaraq bütün hüquqi sənədlərində, eləcə də elmi-siyasi leksikonunda “II Dünya Savaşı” ifadəsi ilə əvəzlənməsini məqsədəuyğun saydığımı bəyan edir, Milli Məclis rəhbərliyini qanun yaradıclığında Azərbaycan Respublikasının suverenliyinə təhdid kimi səslənən bu cür ifadələrə yol verməməyə çağırırdım. Milli Məclis rəhbərliyinə 267 nəfər ölkənin tanınmış simalarının imzası ilə müraciət göndərdim. Azərbaycan Respublikasının müstəqillik ideyasına sadiq bütün vətəndaşlarını müraciəti imzalamağa dəvət etdim.

O gün də , bu gün də inandığım həqiqətlər üçün savaşıram. Bəli, tarixi həqiqət danılmazdır. Lakin hər tarixi həqiqətin hansı şəkildə təqdim etmək və təbliğ etmək ölkənin gələcəyi baxımından çox önəmlidir. Biz tarixi həqiqəti qeyd etməyək demirik, biz yanlış təbliğata qarşıyıq.

Bu gün XX əsrin ən böyük faciələrindən biri olan və milyonlarla insanın məhvinə gətirib çıxaran II Dünya müharibəsinin bitməsindən 79 il ötür. Əsas aparıcıları – faşist Almaniyası ilə “xalqlar həbsxanası” adlandırılan sovet şinelinə bürünmüş rus imperiyasının daha böyük ərazilərə sahib olmaq istəkləri, bütün beynəlxalq prinsipləri ayaqlar altına ataraq bütöv dövlətləri işğal etmələri, dünya hegemonluğuna can atmaları dünya tarixində ən böyük faciələrdən birini yaşatmış oldu.

Təəssüflə qeyd etmək lazımdır ki, 1920-ci ildə bolşevik Rusiyasının işğalı nəticəsində rus-sovet imperiyasına zorla birləşdirilən Azərbaycan xalqı da bu qorxunc müharibədə böyük itkilər vermiş, 300 mindən artıq vətəndaşımız bu savaşın qurbanına çevrilmişdir.

II Dünya müharibəsində həlak olan bütün soydaşlarımızı ehtiramla yad edirəm. Bu savaşı tarixin ən böyük fəlakətlərindən biri hesab edir, 9 mayda faşizm üzərində qazanılan qələbədə Azərbaycan xalqının misilsiz xidmətlərini qeyd edərək, eyni zamanda hesab edirəmki, bu tarix sadəcə dəqiq adı, dəqiq mahiyyəti ilə yeni nəsillərə çatdırılmalıdır.

Təəssüflə qeyd edirəmki, 1945-ci ilin 9 mayında bitən, bir imperialist qüvvənin digəri üzərində qələbəsini rəsmiləşdirən bu təqvim uzun illər, hətta SSRİ dağılandan sonra belə, bayram kimi qeyd olunmuşdur. Bu gün bu tarixin adı dəyişsə belə, mahiyyəti hələ də davam etməkdədir. Xüsusən, rus dilinin və Rusiyanın təbliğ edilməsi çox narahatedicidir və yolverilməzdir!

9 may – Azərbaycan xalqı da daxil olmaqla, mütərəqqi bəşəriyyətin faşizm üzərində qələbəsi qətiyyən rus imperiyasının dünyada, xüsusən Vətənimizdə təbliğat alətinə çevrilməməlidir!

Hər hansı bir imperiyanın daxılində qazanılan qələbənin bizim dövlətçilik tariximizdə bayram statusu almasını doğru hesab etmirəm.

9 may faşizm üzərində mütərəqqi bəşəriyyətin qələbəsidir və Rusiya tərəfinin bu qələbədə digər xalqların və dövlətlərin əvəzsiz əməyini inkar edərək qələbəni öz adına çıxarıb bundan məkrli məqsədlər üçün istifadə etməsinin qarşısını almaq üçün cəmiyyətimizi ideoloji cəhətdən hazırlamalıyıq.
Anar Esedli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir