KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Elhan Şahinoğlu: İrəvan Asiya və Hindistan məhsullarının Ermənistan üzərindən Avropa bazarına daşıyacak

Elhan Şahinoğlu: İrəvan Asiya və Hindistan məhsullarının Ermənistan üzərindən Avropa bazarına daşıyacak

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
91 0

Hindistan hansı marşruta üstünlük verəcək?

Rəsmi İrəvan Asiya və Hindistan məhsullarının Ermənistan üzərindən Avropa bazarına daşınacağına ümid edir. Ermənistan rəsmiləri bu məqsədlə tez-tez Hindistan rəsmiləri ilə görüşür, fikir mübadiləsi aparırlar. Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyanın sözlərinə görə, Hindistan və Ermənistan arasında İrandan keçən ticarət yolunun 2024-cü ilin may ayına kimi açılması nəzərdə tutulur. “Məqsədimiz Hindistanın Mumbay limanından Ermənistana malların daşınmasıdır” deyən erməni nazir bu ilin may ayına qədər bütün məsələləri həll edəcəyini bildirib.

Bu rəsmi İrəvanın istəyidir. Halbuki, İran və Hindistanın rəsmi İrəvanla tərəfdaşlığına baxmayaraq, bu ölkələr Ermənistan marşrutu ilə bağlı yekun qərar verməyiblər. Digər tərəfdən İran və Hindistanın əsas tərəfdaşlarından biri – Rusiya Ermənistan marşrtunun seçilməsində maraqlı deyil. Çünki İran və Hindistan Ermənistan marşrutunu seçərlərsə Rusiya nəqliyyat dəhlizindən kənarda qalacaq. Rusiya Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycandan keçməsində maraqlıdır.

Bu arada, Hindistanın xarici işlər naziri Subramaniam Cahşenkarın İrana səfəri diqqəti çəkib. Xarici işlər nazirləri iki ölkə arasında “İranın Çabahar limanının inkişafı üçün əməkdaşlıq haqqında” sənəd imzalayıblar. “AZƏRTAC” agentliyinin məlumatına görə, sənədə əsasən tərəflərin iştirakı ilə işçi qrupu yaradılacaq. İşçi qrupu Çabahar limanının tranzit, yükaşırma imkanının artırılmasına və texniki təchizat məsələlərinə baxacaq. İranlı nazir bildirib ki, Çabahar limanının inkişafı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin də tranzit imkanlarını artıracaq. Çabahar limanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında əhəmiyyətli rol oynayır. Hindistanın Mumbai limanından yüklər İranın Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropa ölkələrinə daşınmalıdır. İran və Azərbaycan beynəlxalq layihədə tranzit ölkə kimi çıxış edirlər.

Hindistan keçmiş illərdə Çabahar limanının yenidən qurulması və müasir texniki vasitələrlə təmin olunması üçün 2 milyard dollar həcmində sərmayə qoymaq haqqında qərar qəbul etmişdi. Hindistan bu liman vasitəsilə həm Mərkəzi Asiya ölkələrinə, həm də Avropa ilə ticarət əlaqələrini genişləndirmək istəyir. Hindistanın Mumbai limanı regionda ən böyük yükaşırma qabiliyyəti olan limandır. Mütəxəssilərin fikrincə, bölgə ölkələrində fəaliyyət göstərən iri şirkətlər yüklərini Mumbai limanından Avropaya daha ucuz və daha tez çatdıra bilərlər. Hesablamalara görə 2025-ci ildə Cənub-Şərqi Asiya ölkələri ilə Avropa arasında ticarət dövriyyəsinin həcmi 200 milyard dollardan çox olacaq. Bu səbəbdən Hindistan Asiyanın əsas nəqliyyat dəhlizlərindən birinə çevrilmək istəyir. Məqsəd Cənub-Şərqi Asiya ölkələrindən yüklərin Mumbai limanında cəmlənərək Çabahar limanına daşınmasıdır. Daha sonra yüklərin əsas hissəsinin Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə birbaşa Avropaya çatdırılması planlaşdırılır.

Azərbaycan tranzit ölkə olaraq həm Çin, həm də Asiya və Hindistan məhsullarının Avropaya daşınmasında mühüm rol oynayacaq. Azərbaycan son illərdə daxili infrastrukturu genişləndirmək və ölkə ərazisindən daşınma imkanlarını artırmaq üçün milyardlarla dollar yatırım qoyub. Ermənistan bunların heç birini etməyib. Buna baxmayaraq, İrəvan tələsir. Ermənistan hökuməti Zəngəzur dəhlizini yubatmaqla Orta dəhlizdən kənarda qalmaq təhlükəsi ilə üz-üzədir. Rəsmi İrəvanın bu halda əsas ümidi Hindistan-İran marşrutunadır. Müəyyən həcmdə yüklərin Ermənistan üzərindən Gürcüstana, oradan da Qara dəniz limanları üzərindən Avropaya daşınması mümkündür. Ancaq bu böyük həcmlər olmayacaq. Ermənistan hökumətinin daxili infrastruktura gərəkli maliyyə xərcləmədən və Rusiya amilini nəzərə almadan Hindistan-İran marşrutuna ümidləri puça çıxa bilər.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir