KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Seymur Hezi:Cemil Hasanlinin “Zamanın sınağında” kitabı

Seymur Hezi:Cemil Hasanlinin “Zamanın sınağında” kitabı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
119 0

Professor Cemil Hasanlinin “Zamanın sınağında” kitabı bir mənada memuardır. Çünki kitab müəllifin şəxsi tarixi yaddaşına istinadən ərsəyə gəlib. Ancaq bu nəşrə biz sadəcə, memuar janrıda bir yazı kimi baxa bilmərik. Belə olsa, materialın bir neçə istiqamətdən elmi mahiyyətinə kölgə salmış ola bilərik. Bu kitab ona görə elmi deyil ki, onu yazan tarx professoru, ya da ən yaxşı tarix professorudur. Yəni elmi mahiyyəti müəlliflə yalnız o şəkildə bağlı deyil ki, yaxşı alim daha bir yaxşı əsər yazıb. Bəs nə var bu yaxşı əsərdə?

1. İlk növbədə bu əsər etnoqarafiya araşdırmaçıları üçün ciddi mənbədir. Sovet Azərbaycanında bir sərhəd rayonunun kəndi necə yaşayırdı. Hansı adətləri necə qoruyurdu? Rəsmi qadağalar bölgələrdə necə dəlinirdi? Adət ənələrin şəhərlərdə aşındığı dövürdə bölgələr onu necə yaşadırdı. Alim “atalar”ın başqa yol tutduğu zamanlarda saya anaların çiynində yaşayan milli fikrin rüşeyimləri nələr idi, necə yaşayırdı, hara qədər böyüyə bilirdi?
2. Bu əsər sovet vətəndaşının ömür yolunun təsviridir. Onun doğulması, böyüməsi, öz kəndinin, rayonunun, nəticə etibarilə ölkəsinin tək parlaq adamına çevrilməsi ölkədə korrupsiyalaşmış totalitarizmin maneələrindən ötüb, gəlməyin adda, budda adamlara qismət olduğunu göstərən sübutlar silsiləsidir.
3. Kitab bir insan “skleti” üzərində sosialist cəmiyyətində rifahın necə “böyüdüyünün” illustrasiyasıdır.
4. Böyük Sovet İttifaqının əslində hansı xırda çatlarla başlayan və bitişməz uçurumlara çevrilən siyasi, sosial-iqtisadi səbəblərdən dağıldığını göstərən “rentgen”dir.
5. Nəhayət, bu əsər mahiyyəti etibarı ilə sosialist realizminin acı və real təsviri, milli şüurun dirçəlməsi və boğulması prosesinin həqiqi bir şəklidir.
“Zamanın sınağında” Cəmil Həsənlinin bütün kitabları kimi təkcə oxucu üçün deyil, həm də araşdırmaçı üçün ciddi bir mənbəyə çevriləcək. Hətta çevrilib.
P.S. Bu gün bizim nəhəng müasirimizin doğum günüdür. Cəmil müəllimə uzun ömür, can sağlığı arzu edir, yeni kitablarını səbirsizliklə gözlədiyimizi bəyan edirəm.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir