KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5.  Turan Rzayev: MAQATE İran’a uyarı

 Turan Rzayev: MAQATE İran’a uyarı

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
48 0

MAQATE İranın Fordo şəhərindəki nüvə obyektində uranın 83,7%-ə qədər zənginləşdirilməsi ilə bağlı təhqiqatı bağlamaq qərarına gəldi. Qərar ilk başda İranın xeyrinə görünsə də mahiyyət etibarilə ciddi problemlər yarada bilər. İrana müdaxilə İran uranı 83,7%-ə qədər zəngiləşdirib. Bu göstərici günbəgün artır. Belə davam etsə rəsmi Tehran qısa zamanda nüvə silahını əldə edə bilər. Mövcud şəraitdə MAQATE-nin təhqiqatı dayandırması İrana qarşı ehtimal müdaxilədən xəbər verir. Misal üçün, hazırda İranın uranı zəngiləşdirməsi və nüvə tədqiqatlarından ən çox narahatlıq keçirən ölkə olan İsrail MAQATE-nin bu qərarına sərt reaksiya verib. İsrail Baş naziri Benyamin Netanyahu “İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) yalan danışmağa davam edir. Agentliyin İranın təzyiqlərinə təslim olması onun reputasiyasına qara ləkədir. MAQATE-nin bu zəif bəhanələr qarşısında təsirsiz davranışı İran hökmdarlarına açıq şəkildə göstərir ki, onlar öz pozuntularına görə heç bir bədəl ödəməli olmayacaqlar və nüvə silahı əldə etmək səylərini davam etdirərək beynəlxalq ictimaiyyəti aldada bilərlər” deyə bildirib. Netenyahunun bu açıqlaması rəsmi Təl-Əvivin prosesdən narahat olduğunu göstərsə də əslində bu qərar İsrailin əlini gücləndirir. Rəsmi Təl-Əviv uzun müddətdir İrana xəbərdarlıq edir və strateji obyektlərini vuracağını bildirir. MAQATE-nin məlum qərarı İsrailin İran obyektlərini vurması üçün əsas yaradır. Bundan başqa Təl-Əvivi İran daxilindəki qeyri-sabitlikdən də istifadə edir. Müxtəlif etnik qruplar ilə təmaslar quran Təl-Əviv İranı həm daxildən, həm də xaricdən hədələyir. Təl-Əvivin ən böyük gedişi isə şübhəsiz Taliban faktorudur. Ötən həftə ərzində gərginləşən və Talibanın təktərəfli müharibəsi ilə daha da böyüyən gərginlik hələ də davam etməkdədir. İsrailin İranın strateji obyektlərini vurmağa hazırlaşdığı bir zamanda Talibanın İrana müharibə elan etməsi bunun İsrailin kompleks planın tərkib hissəsi olduğunu göstərir. Hakan Fidanın Tehran səfəri İran indiki məqamda İsrailin aktivliyindən narahatdır. Ehtimal hücumlar fonunda rəsmi Tehran Türkiyədən dəstək umur. Belə ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan arasında baş tutan telefon danışığı zamanı onu İrana səfərə dəvət edib. İran Türkiyənin xarici siyasətində islam faktorundan istifadə etməklə Ankara vasitəsilə İsrailin ehtimal hücumlarını bloklamak istəyir. Lakin İranın uranı zəngiləşdirməsi və beynəlxalq çağırışlara məhəl qoymaması Ankaranın təmaslarını qeyri-effektiv edə bilər. İsrail İranın uranı zəngiləşdirməsini özü üçün potensial təhdid hesab edir. Bu təhdid aradan qalxmadıqca İsraili İrana müdaxilədən çətin ki, kimsə yayındıra bilsin. Bakının qabaqlayıcı addımları İsrailin İranın strateji hərbi və nüvə obyektlərini vurması və iki ölkə arasında hərbi toqquşmaların olması region ölkələri tərəfindən narahatlıqla izlənilir. Xüsusilə bu baş verərsə bundan ən çox Azərbaycan zərər çəkə bilər. Rəsmi Bakının İranla münasibətləri hazırda gərgin olaraq qalmaqdadır. Bununla belə, Bakı İrana ehtimalı zərbələrin öz ərazisindən edilməsinə icazə verməyəcək. Azərbaycan tərəfi yaxşı başa düşür ki, İranda baş verəcək ehtimal daxili və xarici toqquşma ciddi bir miqrant böhranına səbəb ola bilər. Buna görə də indidən qabaqlayıcı addımlar atır. Misal üçün, bağlı olan sərhədlər fonunda rəsmi Bakının indi də Tehrana həyata keçirilən bütün uçuşları ləğv etməsi xəbərinin yayılması diqqət çəkir. Düzdür, bu xəbər hələlik rəsmi təsdiqini tapmır. Amma mümkündür ki, yaxın günlərdə belə qərar verilsin. Mümkündür ki, buna səbəb Azərbaycan vətəndaşlarının İranda həbs edilməsi, itkin düşməsidir. Amma həm də indidən miqrant böhranının qarşısını almaq da ola bilər.

 Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir