KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev:Türkiyə-Ermənistan sərhədi açıq qalacaqmı?

Kamal Aliyev:Türkiyə-Ermənistan sərhədi açıq qalacaqmı?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
226 0

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra bu ölkəyə dünyanın müxtəlif yerlərindən yardımlar gəlməkdə davam edir.Xüsusilə,qonşu ölkələrdən gələn mütəxəsislər xilasetmə prosesində yaxından iştirak edir.Bunlardan biri də Türkiyə ilə diplomatik münasibətləri olmayan,1993-cü ildən sərhədləri qərb qonşusu ilə baglı olan Ermənistandır.Belə ki,Ermənistanın baş naziri Nikol Paşinyan ölkə müxalifətinin tənqidlərini,hətta təhqirlərini nəzərə almayaraq,zəlzələ baş verəndən Türkiyəyə yardım göstərilməsi haqqında müvafiq strukturlara təlimat verib.Bundan başqa,Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogana zəng də etmişdi.
Hazırda Ermənistan 30 ildir Türkiyə ilə baglı olan sərhəddən bu ölkəyə yardım göndərir.Üstəlik,Ermənistandan gələn xilasedicilər Türkiyənin Adıyaman şəhərində axtarış-xilasetmə işlərinə cəlb olunub.Türkiyə və Ermənistan arasında sərhəd keçid məntəqəsinin müvəqqəti də olsa açılması olduqca mühüm hadisədir.
Güman edirəm ki,iki qonşu ölkə arasında sərhədlərin açılması,türk firmalarının Ermənistana daxil olması olduqca əhəmiyyətli hadisədir.Bu,eyni zamanda,Ermənistan iqtisadiyyatının improvizasiyası,bu ölkənin gələcəkdə Türkiyə limanlarına çıxışını da asanlaşdıracaq.Əlbəttə,Türkiyənin agır günündə Ermənistandan yardımların gəlməsi iki xalq arasında münasibətlərin nizamlanmasına imkanlar yaradacaq.Xatırladım ki,2020-ci ildən sonra Ankara və Yerevan arasında münasibətlərin normallaşması istiqamətində dörd dəfə heyətlərarası görüş keçirilib.Türkiyə heyətinə rəhbərlik edən diplomat Sərdar Kılıç Ermənistandan gələn yardımlar üçün təşəkkür edib.
Zənnimcə,hazırda Türkiyə-Ermənistan arasında buzların əridilməsi,siyasi və diplomatik münasibətlərin bərpa edilməsi üçün münbit şəraut yaranıb.Eyni zamanda,Paşinyan hökuməti də sələflərindən fərqli olaraq,Ankara ilə əlaqələrin b əıroa edilməsində maraqlı görünür.Təbii ki,Ankara-Yeravan arasında münasibətlərin nizamlanması üçün Bakının da rəyi vacibdir.
Hətta mümkündür ki,gələcəkdə Türkiyə,Azərbaycan və Ermənistan arasında üçtərəfli mexanizim də qurulsun.Mümkündür ki,”üçərəfli müxanizm)Zəngəzur dəhlizi istiqamətində də müzakirələr aparsın.Bunun üçün Ermənistan hökumətinin,konkret olaraq Nikol Paşinyanın siyasi iradəsi əhəmiyyətli rol oynayacaq.Fikirimcə,Paşinyan hökuməti də Türkiyə ilə münasibətlərin normallaşmasını dərk edəcək və bu prosesdə situativ davranmayacaq.Bu baxımdan,Ermənistan iqtidarı Azərbaycanla sülh müqaviləsinin imzalanmasında,Zəngəzur koridorunun açılmasında maraqlı olmaqla yanaşı,siyasi iradəyə də sahib olmalıdır.Hal hazırda,Ankara və Yerevan arasında siyasi və diplomatik münasibətlərin bərpası üçün yaranan fürsəti dəyərləndirmək vaxtıdır.
O ki qaldı indiki məqamda Türkiyə və Ermənistan arasında sərhədin açıq olmasına,düşünürəm ki,sərh əəd məntəqəsi qapadılmamalıdır.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir