KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Cemil Hasanlı: Putinin BAM nağılı

Cemil Hasanlı: Putinin BAM nağılı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
24 0

Azərbaycanı Rusiyanın yedəyində saxlamaq üçün Vladimir Putin bütün vasitələrə əl atır. BAM-ın tikintisinə başlanmasının “50 illik” yubileyi adı ilə İlham Əliyevi dəvət ediblər Mokvaya. Putin bu yubiley tədbirində deyib ki, “BAM-ın tikintisinə başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevi şəxsən təbrik etməkdən çox məmnunam. Onun atası, – bunu bütün BAM inşaatçıları yaxşı bilir, – Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edir və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi.”

Yəni BAM-ın tikintisinin başlanmasından 10 il sonra Heydər Əliyev Nazirlər Sovetinin birinci müavini kimi bilavasitə nəqliyatı kurasiya etdiyi üçün 1984-cü ildə tikintinin gedişini yerində yoxlamaq üçün BAM səfər edib və bununla da tikintidə müstəsna xidməti olub.

Əvvəla BAM-ın tikintisi 1974-cü ildə başlayıbmı? Əlbəttə, yox. Tikintinin növbəti mərhələsi 1974-cü ildə başlayıb. Bu ideya Rusiyada hələ XIX əsrin 80-ci illərində vardı. Bu istiqamətdə ilk müzakirə də 1887-ci ildə başladı. 1928-1931-ci illərdə uzun müzakirələrdən sonra BAM-ın tikintisinə 1932-ci ildə başlandı. 30-cu illərdə Transsibir dəmir yolunun inşasına Daxili işlər komissarlığının QULAQ (Гла́вное управле́ние исправи́тельно-трудовы́х лагере́й (ГУЛАГ)) və BAMLAQ (Байка́ло-Аму́рский исправи́тельно-трудово́й ла́герь) qüvvələri cəlb edildi.

BAM-ın bir hissəsi 30-cu illerdə məhz islah əmək düşərgələrində saxlanılan adamların əməyi ilə inşa edildi. Lakin müharibə ilə bağı metala ehtiyac yarandığı üçün 1942-ci ildə Dövlət Müdafiə Komitəsinin əmri ilə tikinti dayandırıldı. Müharibədən sonra yenidən işlər başladı və 1958-ci ildə BAM-ın Tayşet-Baratsk-Ustkut hissəsi istifadəyə verildi.

Həmin vaxt 10 il müddətinə yenidən tikinti dayandırıldı. 1967-ci ildə Sov.İKP MK və SSRİ Nazirlər Sövetinin BAM-ın tikintisinin bərpası ilə bağlı birgə qərarı qəbul edildi. Və 1974-cü ildə BAM-da işlər komsomol tikintisi kimi yenidən bərpa edildi və yalnız 1989-cu ilin oktyabrında Baykal – Amur magestralı istifadəyə verildi. Ondan iki il sonra isə SSRİ dağıdı.

Yəni BAM-ın tikintisinə başlanmasının “50 illik” yubileyi İlham Əliyevin Moskvaya səfirini əsaslandırmaq üçün uydurulub. Görünür Azərbaycanı Rusiyann yanında saxlamaq üçün Putin indi də BAM-a yubiley tuturlar. Yeri gəlmişkən BAM SSRI-ni çökürdən layihələrdən biri idi.
Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir