KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Severodonetskin təslim olması V.Putinin iştahını daha da artıracaq

Kamal Aliyev: Severodonetskin təslim olması V.Putinin iştahını daha da artıracaq

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
281 0

Bu gün Luqanskın meri Sergey Qayday açıqlama verib ki,Ukraynanın şərqində strateji önəmi olan Severodonetsk yaxın saatlarda rus işgalçılarının nəzarətinə keçə bilər.

Prinsipcə,hal-hazırda Ukraynanın bütün şəhərləri strateji əhəmiyyət daşıyır və müqaviməti sona qədər davam etdirmək olduqca vacibdir.Severodonetsk Rusiya sərhədindən 130 km uzaqlıqda yerləşən sənaye şəhəridir və bu şəhərin yaxın saatlarda rusların əlinə keçməsi Xramatorsk üçün ciddi təhlükə yaradır.Hələ ki,cəsur ukraynalı əsgərlər Severodonetskdəki Azot kimya zavodunda müqaviməti davam etdirirlər.

Severodonetskin aqibəti mənə Mariuopolu,Azot Kimya Zavodunun taleyi də Azov metallurgiya müəssisəsini xatırladır.Severodonetski faktiki müdafiə etmək agırdır,məşəqqətlidir,lakin başqa çarə də yoxdur.Şəhərdəki Azot zavodunda indi 38 uşaq olmaqla 538 mülki şəxs var,ruslar şəhərə gedən bütün körpüləri məhv ediblər.
Əgər Severodonetsk təslim olarsa,daha sonra 50 km uzaqlıqda yerləşən Xramatorsk hədəfə gələcək.
Görünən budur ki,müharibə hələ xeyli uzanacaq.Putin,Donetsk və Luqanskı tam ələ keçirdikdən sonra hədəf Odessa olacaq.Odessa ruslar üçün ona görə strateji əhəmiyyət daşıyır ki,həm separatçı Dnestryani ərazi Rusiyaya quru yolla birləşəcək,həm də Ukraynanın Qara dənizlə əlaqəsi kəsilməklə,bu ölkə iqtisadiyyatının onurga sütunu məhv ediləcək.

Yəni,Ukrayna Aİ və NATO üçün əsasən ona görə vacib idi ki,Rusiya Qara dənizdə geosiyasi olaraq sıxışdırılsın.Qara dənizə çıxışı oımayan Ukraynanın geostrateji önəmi o qədər də yüksək deyil.Ən azından əvvəlki ilə müqayisə edərsək.

Hətta ruslar daha sonra Gürcüstanı da Qara dənizdən məhrum edə bilər və bu,Cənubi Qafqazın Qərb üçün əhəmiyyətini azalda bilər.Kreml onun da fərqindədir ki,İsveç və Finlandiya NATO üzvü olarsa,Baltik dənizi də bu təşkilatın daxili gölü olacaq.

Yeri gəlmişkən,soyuq müharibə dövründə Qara dəniz elə Varşava Müqaviləsi Təşkilatının nəzarətində(Türkiyə istisna olmaqla)idi.
İndi bəzi ekspertlər düşünürlər ki,Litva Kalininqradı mühasirəyə alıb və Rusiya bu ölkəni vurar.Lakin Rusiyanın inanmıram ki,indiki hədəfi NATO ilə qarşı-qarşıya gəlməkdir.Halbuki,NATO-Rusiya eskalasiyası nüvə müharibəsi deməkdir və bu,kontinental Avropanın büsbütün poliqona çevrilib tarumar olmasıdır.Yaxın perspektivdə Kremlin hədəfi Odessanı ələ keçirmək,qlobal ərzaq böhranını tətikləməklə Avropaya milyonlarla qaçqını göndərməkdir.Yuxarıda da vurguladıgım kimi,gözləmədiyimiz anda V.Putin Gürcüstanı Qara dənizdən məhrum etmək avantürasını reallaşdıra bilər.
Bu,hələ başlangıcdır,daha agır,qlobal çalxantılar hələ qarşıdadır.
Mən hələ payızda yenidən xortladılacaq koronavirusun yeni dalgasını,meymunçiçəyi kimi başqa xəstəlikləri demirəm.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir