KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: ABŞ-la Rusiya arasında birbaşa hərbi toqquşma başlayacaq: Yeni dünya xəritəsi…

Kənan Novruzov: ABŞ-la Rusiya arasında birbaşa hərbi toqquşma başlayacaq: Yeni dünya xəritəsi…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
134 0

ABŞ Prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan yerli “The Atlantic” nəşrinə müsahibəsində deyib ki, Vaşinqton Kiyevə dəstəyə görə Moskva ilə birbaşa eskalasiya təhlükəsini istisna etmir. O, bildirib ki, buna rəğmən, Kiyevə hərbi yardım dayandırılmayacaq.
V.Sallivanın fikrincə, ABŞ-də Ukraynaya yardımla bağlı fikir ayrılığı var: “Bəziləri Ukraynaya yardımı dəstəkləyir. Bir qrup isə düşünür ki, bu dəstək üçüncü dünya müharibəsi ilə nəticələnə bilər. ABŞ və Rusiya arasında gərginliyin artması riski məni gecələr də yatmağa qoymur. Əks halda, mən vəzifəmdən azad olunmalı idim”.
Çoxlarına məlumdur ki, Ukraynadakı müharibə ilə bağlı üfüqdə sülh görünmür. Bunun əsas səbəbi isə ABŞ-ın mövqeyidir. Vaşinqton Kiyevi silahlandırmaqla əslində döyüşlərin uzanmasını təmin edir. Başqa sözlə desək, ABŞ Ukraynaya silah verməklə bu dövləti müharibəni davam etdirməyə sövq edir. Rusiyanın isə indiki məqamda geri çəkilmək şansı yoxdur. Çünki Ukrayna dayanmır. ABŞ buna imkan vermir.
Beləliklə, Rusiya bir azdan sonra ABŞ-la “haq-hesabı çürütmək” barədə düşünə bilər. Bu isə birbaşa savaş deməkdir. Hərçənd bu, Moskvanın xeyrinə olmayacaq.
C. Sallivan Kiyevə dəstəyin davam edəcəyini söyləməklə ehtimal edilən hərbi toqquşmadan qorxmadıqları barədə mesaj vermək istəyib.
Rusiyanın indiki məqamda ABŞ-la dil tapa biləcəyi ağlabatan görünmür. Çünki Ağ Ev dialoqdan uzaqdır. Odur ki, rəsmi Moskva ilə Vaşinqton arasında hərbi gərginlik getdikcə artacaq. Buna səbəb isə məhz Qərbin sərt ritorikasıdır.
ABŞ-la Rusiya arasında ehtimal edilən hərbi toqquşmanın qalibi olmayacaq. Savaş nəticəsində dünyada yeni siyasi xəritə müəyyənləşəcək. Həm Rusiya, həm də ABŞ buna hazır görünür. Deyəsən, üçüncü dünya müharibəsi qaçılmazdır.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir