KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Fuad Gahramanlı: İran Rusiyanın Ukraynanı işğalını dəstəklədi

Fuad Gahramanlı: İran Rusiyanın Ukraynanı işğalını dəstəklədi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
318 0

İran dini rəhbəri nədən narahatdır?

İranın dini rəhbəri Xamenei Putinin Ukraynanı işğalına, orda dinc sakinləri qətl etməsinə, şəhər və kəndləri xaraba qoymasına açıq dəstək verib. O deyib ki, “Ukrayna məsələsində isə siz (Rusiya – red.) təşəbbüs göstərməsəydiniz, qarşı tərəf (Ukrayna) öz təşəbbüsü ilə müharibəyə başlayacaqdı.”
Bu bütün dünyanın lənətləndiyi faşizmə dəstək vermək, on minlərlə günahsız insanın həyatına son qoyan uşğalçılığı haqq qazandırmaqdır. Dini lider olduğun halda sən faciələrə səbəb olan işğal müharibəsinə necə haqq qazandıra bilərsən axı? Demək ki, Xamenei dini rəhbər olsa da, əslində, dinin mənəvi prinsiplərindən deyil, despotik İran hakimiyyətinin dövlət maraqlarından çıxış edir və din yalnız ona Fars dövlət maraqlarını pərdələmək üçün lazımdır.
Təəssüf ki, Azərbaycanda da bir qrup insan 1979 cu ildə Ayətullah Xomeyni tərəfindən şiə təriqətinə gətirilən , əslində isə dində heç bir əsası, istinad olmayan uydurma “Vilayəti Fəqih” anlayışının təsirinə düşərək İran dövlətinin dini rəhbəri olan və bu dövlətin maraqlarını güdən Xameneini özlərinə dini lider sayırlar. Niyə, hansı əsasla fars dövlətin dini rəhbəri sənin dini rəhbərin sayılmalıdır? Bu adam hər hansı ölkənin, o cümlədən də Azərbaycanın deyil, rəhbəri olduğu İranın milli maraqlarını qorumağa çalışır. Axı dini lider dedilən bu şəxsin rəhbəri olduğu İran 44 günlük savaşda açıq aşkar Ermənistanın tərəfini tutdu. Müharibə dönəmində İran Gürcüstanın öz sərhədlərindən buraxmadığı rus silahlarını Azərbaycan əsgərlərinin qanını tökmək üçün öz ərazisindən Ermənistana göndərilməsini təmin edirdi. Əlavə olaraq Ermənistana yanacaq və digər hərbi təhczat göndərir, Azərbaycanla sərhəddə qoşun yığaraq ölkəmizi təhdid edirdi.
Baxın görün bu İran dövlətinin dini rəhbəri nə deyir. “Qarabağın Azərbaycana qayıtarılması yaxşıdır, ancaq bu işin içində İran Ermənistan sərhədini bağlamaq varsa İran dövləti buna imkan verməyəcək. Bu yolun min illik tarixi var” 100 ilik tarixi olan Ermənistanla İranın əlaqələrinin necə min illik tarixi ola bilər ki ? Bu ərazilərin min illər boyu Azərbaycan əraziləri olduğunu inkar edib Ermənistana yalançı tarix uydurmaqda məqsəd nədir? Xamenei Qarabağın qaytarılmasının Ermənistan və İran sərhəddini bağlanmasına səbəb olacağını hardan çıxarır, bu əsasız fikri hansı əsasla ortaya atır?
Birdəfəlik bilməliyik ki, 35 milyonluq Azərbaycan türklərinin milli haqlarını əlindən alıb, doğma dilində təhsil hüququndan məhrum edən İranın Azərbaycana münasibətdə strateji maraqları Rusiya və Ermənistanla üst üstə düşür. Çünki güclü və inkişaf etmiş demokratik Azərbaycanın varlığı əsarətdə saxlanılan 35 milyonluq Azərbaycan türkləri üçün bur cazibə mərkəzi, milli azadlıq mübarizəsi üçün stimul ola bilər. Buna görə də İran Şimali Azərbaycanın varlığını öz imperiya maraqları və ərazi bütövlüyü üçün stratejit təhlükə hesab edir.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir