KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Avropa Parlamenti nə istəyir?

Fuad Gahramanlı: Avropa Parlamenti nə istəyir?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
21 0

5 may mitinqi yeni mərhələyə keçid ola bilərmi ?

Avropa Parlamenti 474 lehinə, 7 əleyhinə olmaqla Azərbaycan hakimiyyətindən siyasi məhbusları azad etməyi tələb edən qətnamə qəbul edib.
Qətnamədə Avropa Komissiyasına çağırışı edilir ki, insan hüquqları sahəsində vəziyyət dəyişməzssə Azərbaycandan neft-qaz alışı məsələsinə yenidən baxılsın, insan hüquqlarını pozan rəsmilərə sanksiya tətbiq edilsin. Bu qətnamənin qəbulu onu göstərir ki, Azərbaycan Qərb münasibətlərində demokratiya və insan hüquqlarına görə yaranmış böhran getdikcə dərinləşir və bu məsələdə geri addım atılmazssa, o zaman sanksiyaları çox gözləmək də lazım gəlməyəcək. Əgər Azərbaycan hakimiyyəti indiki repressiya siyasətini davam etdirəcəksə , demokratik azadlıqları təmin etməklə bağlı Qərbdən gələn çağırışlara məhəl qoymayacaqsa, bundan sonra sərt qərarların, konkret olaraq sanksiyaların qarşısını almaq da mümkün olmayacaq.

Son illər Azərbaycan hakimiyyəti nümayişkəranə şəkildə göstərməyə çalışırdı ki, repressiyaları durdurmaqla bağlı Qərbdən gələn çağırışlar onun üçün heç bir əhəmiyyət daşımır, əksinə, hər dəfə belə tələblər səsləndikcə o daha qəddar addımlar atacaq. Bununla Qərbin demokratiya tələblərinin vəziyyəti yaxşılaşdırmaq əvəzinə onu daha da pisləşdirdiyini göstərərək avtoritarizmin beynəlxalq toxunulmazlığını təmin etməyə çalışılırdı. Ancaq belə görünür ki, bu istək alınmadı. Azərbaycanda sərtləşən repressiyalar qarşısında Qərb nəinki geri çəkilmədi, açıq şəkildə sanksiya mesajı verdi. Həm ABŞ, həm də Avropadan bu istiqamətdə səslənən təşəbbüslər onu göstərir ki, Azərbaycan hakimiyyəti bu məsələdə özünə hər hansı manevr imkanı və saxlamayıb.

ABŞ -n Ukrayna 61 milyard dollarlıq hərbi yardımı ayırması, AB -nin də bu istiqamətdə qəti və prinsipial mövqe nümayiş etdirməsi Rusiyaya hər hansı qələbə şansı buraxmır və belə bir vəziyyət Azərbaycan hakimiyyətinə tam əminliklə Kremlə güvənərək Qərbə qarşı sona qədər dirənməyə imkan vermir. Kompromis qaçılmaz görünür . Hakimiyyət nə qədər aqressiv görünsə də anlayır ki, uzun müddət Putinin yanında yer ala bilməyəcək və bunu etmək onu gözləyən risqlərə özünü şərik etmək deməkdir. İlham Əliyev isə Putinin gəmisində geosiyasi səfərə çıxsa da hər ehtimala qarşı öz yanında batacağı gözlənilən gəmini tərk etmək üçün bir ehtiyyat qayıq da götürüb. Ona görə də , o, bütün sərt çıxışlarara, aqressiv bəyanatlara baxmayaraq Qərblə körpüləri tam yandırmaq niyyətində deyil. İndi, o , sanksiya xəbərdarlığının real təhlükə olduğunu hiss etdiyi üçün ilkin mərhəldə siyasi məhbuslar məsələsində güzəştlə gedərək demokratik azadlıqlar üzərindəki qadağaları maksimum uzatmağa çalışacaq. İlham Əliyevin Almaniyaya səfəri də məhz bu güzəştlərin sərhəddini müəyyənləsdirmək məqsədi güdür.

Milli Şura rejimin manevr imkanlarının tükənməsini və beynəlxalq səviyyədə Azərbaycanda demokratiya məsələsinə artan maraq və diqqəti nəzərə alaraq 5 may mitinqi ilə ölkəmizdə sərbəst toplaşmaq azadlığını yenidən gündəmin əsas mövzusuna çevirmək niyyətindədir . Biz xalq olaraq bilməliyik ki, önümüzdəki qadağaları yalnız beynəlxalq tələb və çağırışlar hesabına aşa bilmərik. Ona görə də indiki əlverişli beynəlxalq şərtləri də nəzərə alaraq müxalifətin mitinq təşəbbüslərinə qoşulmağımız milli iradəmiz əsasında demokratik mübarizəyə yeni bir güc, nəfəs qazandırmış olar. Bununla biz həm də demokratik dəyərləri əxz etdiyimizi, azadlığa qovuşmaq iradənizi və əzmimizi bütün dünyaya nümayiş etdirərək hakimiyyəti təkcə beynəlxalq tələblərlə deyil, həm də öz mövqeyimizlə hesablaşmağa vadar edə bilərik.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir