KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Şolts və İlham Əliyev görüşünün nəticələsi nədir?

Fuad Gahramanlı: Şolts və İlham Əliyev görüşünün nəticələsi nədir?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
15 0

Berlin görüşü ilə 5 may mitinqi arasında nə əlaqə?

Açıq görünür ki, Qərbin Azərbaycanda demokratiyaya münasibətdə əvvəlki dişsiz yanaşması dəyişir, getdikcə səslənən tələblər daha açıq və qəti görünməyə başlayır. Əvvələr bir qayda olaraq Azərbaycanla dövlət və hökumət başçıları səviyyəsində keçirilən görüşlərdə demokratiya və insan hüquqları ilə bağlı müzakirələr olmurdu, bu məsələ daha çox beynəlxalq təşkilatlar və ya XİN -n orta səviyyəli məmurları vasitəsilə ilə dilə gətirilirdi. Birtərəfli verilən bəyanatları istisna etsək Azərbaycanla keçirilən görüşlərdə adətən demokratiya barədə müzakirələr aparıldığı barədə məlumatlar ictimaiyyətdən gizli saxlanılırdı. Çünki hesab olunurdu ki, bu barədə açıq danışmaq Azərbaycan hakimiyyətini narazı sala, onu cırnada bilər .

Artıq vəziyyət köklü şəkildə dəyişməyə başlayıb. Bir neçə ay öncə ilk dəfə ABŞ dövlət katibi Blinken bu yazılmamış qaydanı pozdu. O , İlham Əliyevlə danışandan sonra Dövlət Departamenti açıqlama yaydı ki, ikili müzakirələrdə insan hüquqları və siyasi məhbuslarla bağlı müzakirələr aparılıb. İndi də Almaniyanın kansleri Olaf Şolts bir qədər də qabağa gedərək daha açıq və tələbkar danışmağın yeni bir ənənəsini yaratdı. Bununla, o, mesaj verdi ki, insan hüquq və azadlıqları ilə bağlı vəziyyət o qədər acınacaqlıdır ki, Azərbaycan hakimiyyəti ilə bu mövzuda danısıqları qapalı saxlamaq dövrü artıq keçib.

Maraqlıdır ki, Şolts dünən İlham Əliyevlə keçirdiyi gorüsdə Azərbaycanda siyasi həbslər və insan hüquqları ilə bağlı müzakirələr apardıqlarını bildirdikdən sonra hesab edib ki, media qarşısında ifadə edilən bu mövqe kifayət deyil. Ona görə də mətbuat konfransından sonra öz sosial şəbəkə hesabında qəti tələb və mövqe ifadə edən əlavə bir açıqlama da paylaşıb. O yazıb ki, “Qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri və mətbuat azad və təzyiqsiz işləyə bilməlidir. Mən bu gün bunu Berlində prezident Əliyevlə danışıqlarda da vurğuladım. Azərbaycan insan haqlarına hörmət etməlidir”.
Sonuncu cümlə bu müzakirə olunan məsələlərin sadəcə nəzərə çatdırılma olmadığını , açıq tələb kimi İlham Əliyevin qarşısında qoyulduğunu göstərmək məqsədi daşıyır. Ümumiyyətlə açıq müzakirələr mərhələsinə keçid Qərb diplomatiyasında bir təzyiq üsulu olmaqla yanaşı, həm də qarşı tərəfə mövqeyin nə qədər qəti olduğunu göstərmək məqsədi daşıyır.

Bu görüş haqqında verilən məlumatların təhlili onu göstərir ki, Şolts İlham Əliyevlə danışıqları təkcə öz ölkəsi adından deyil, bütövlükdə Qərbin anti -Rusiya koalisiyası adından aparıb. Danışıqlarda İlham Əliyevdən Rusiyanın yanınında yer almamaq , Qərbin Cənubi Qafqazda Moskvanı sıxışdırmaq planlarına mane olmamaq və bu kontekstdə də Ermənistanla sülh sazişi imzalamaq istənilib . Ancaq insan hüquqları və demokratiya ilə bağlı məsələnin həm mətbuat konfransı vaxtı Şolts tərəfindən ayrıca vurğulanması və sonradan onun bununla kifayətlənməyib ayrıca bir status yazması faktı onu göstərir ki, görüşdə İlham Əliyevdən yalnız Rusiyadan qopub Qərbə qoşulmaq istənilməyib. Onun qabağında Qərblə bir yerdə olmagın şərti kimi insan hüquqları və demokratik öhdəliklərə əməl etmək tələbi də qoyulub . Bu isə artıq yeni geosiyasi yanaşma trendinin yarandığını göstərir. Bu tələbi nəzərə almamağın alternativinin sanksiyalar olacağı ilə bağlı anons isə məlum qətnamə layihəsi ilə səfərdən bir gün öncə verilmişdi.

Milli Şura məhz haqqında danışdığımız bu yeni geosiyasi trendi vaxtında görərək hesab edib ki, artıq Azərbaycanda sərbəst toplaşmaq azadlığı ilə bağlı məsələni gündəmə gətirmək üçün uyğun beynəlxalq şərait formalaşıb. Bu məsələnin həlli, rejimin qanunsuz qadağların aşılması isə təkcə beynəlxalq şərtlərə bağlı məsələ deyil, bunun üçün ölkə daxilində xalq olaraq özümüz də demokratik proseslərə dəstək verməklə uyğun zəmin yaratmalıyıq.
Uzun illər idi ki, azərbaycanlıların ” kaş ki, belə olaydı” dedikləri şərtlər, arzular gözümüzün qabağında gercəkləşir, demokratiya tələbi təhlükəsizlik və enerji maraqlarına qurban verilmədən birmənalı və kəskin şəkildə rejimin qarşısında qoyulur. Milli Şura da məhz bu yeni geosiyasi reallıqları nəzərə alaraq Azərbaycan xalqının demokratik mübarizəsinin uğur qazanması üçün uyğun beynəlxalq şərtlərin yaranmasını nəzərə alaraq 5 may mitinqinə ellikcə dəstək verməyə və demokratiya uğrunda kütləvi mübarizəyə qoşulmağa səsləyir.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir