KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Elman Veliyev: Rusiya güzəştə gələcəkmi?

Elman Veliyev: Rusiya güzəştə gələcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
318 0

Birinci və ikinci dünya müharibələri dünyanın siyasi xəritələrini dəyişmək, yeni ərazilər ələ keçirmək uğrunda idisə, III dünya müharibəsi “enerji” qaynaqları uğrunda ola bilər. Amma dünya hələki buna hazır deyil. Rusiya öz şərtlərini(əsas şərt NATO-nun şərqə doğru genişlənməməsi) diktə etmək üçün psixoloji təzyiqlər edir.

Avropanın qaz ehtiyatını Rusiya qarşılayır.
Avropanı Rusiyadan azad etmək üçün gərək onun enerji ehtiyatlarını təmin edələr. ABŞ bunun üçün Qətəri alternativ görür, ancaq bu proses çox baha başa gələ biləcək bir layihədir. Almaniya Rusiyanın “şimal axını 2” layihəsindən olduqca fayda götürdüyündən Ukrayna üçün qapılarını bağladı. NATO üzvlərinin Rusiyaya müharibə edəcəyini düşünmək emosionallıq ola bilər.

Rusiyanın irəli sürdüyü şərtlərin künclərini yonaraq kompromis əldə etmək olar. Rusiya Svestapol bazasına görə, Qara dənizin geostrateji mövqeyinə görə Kırımı güzəştə getməyəcək!
Ukrayna ehtiyatsız davransa, uduzacağına şübhəm yoxdur. Türkiyənin vasitəçi kimi iştirak etməsi(ehtimalı çox yüksək deyil) Rusiya üçün sərfəlidir. Əgər üçlük bir masada əyləşəcəksə(rejim rəhbərləri də ola bilər) Türkiyə neytrallığı qoruyacaq, ancaq Rusiya güzəştə getməyəcək.
Türkiyə Amerikanın təzyiqlərinə baxmayaraq S-400-lərdən imtina etmədi. Lakin zənn etmirəm ki, separatçı rejimlər(Donetsk, Luqansk) Türkiyənin vasitəçiliyini səmərəli hesab edələr.
Rusiyanı yalnız koalisiya formatında diz çökdürmək olar.

Elman Veliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir