KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Ukrayna “tunelində” “çıxış qapısı”

Kənan Novruzov: Ukrayna “tunelində” “çıxış qapısı”

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
16 0

Amerikalı sahibkar İlon Mask ABŞ Nümayəndələr Palatasının Ukraynaya yardımı təsdiqləməsinə münasibət bildirib.
Milyarder Rusiya-Ukrayna müharibəsindən çıxış üçün strategiyanın olmamasından narahatlığını ifadə edib.
“Ən böyük qorxum ondan ibarətdir ki, heç bir çıxış strategiyası yoxdur, sadəcə olaraq, uşaqların səngərdə artilleriya və pulemyot atəşindən və ya minalanmış sahələrdəki snayper güllələrindən öldüyü sonsuz müharibədir”, – Mask sosial şəbəkədə yazıb.
ABŞ Konqresinin Nümayəndələr Palatası artıq Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Daha sonra qanun layihəsi əksəriyyətin Ukraynaya yardımı dəstəklədiyi Senata ötürüləcək.
Öncəliklə onu deyək ki, Konqresin yardım paketini təsdiqləməsi özü ciddi hadisədir. Bu, Ukraynaya yeni əks- hücum əməliyyatlarına başlamağa və müəyyən uğurlar əldə etməyə kömək ola bilər. Ayırılan yardım Kiyevə çatandan sonra, yəqin ki, bunun praktik nəticələri görünəcək. Bununla belə, bu, Ukraynanın qələbəsi və ya müharibənin başa çatması üçün kifayət deyil. Rəsmi Kiyevin təkcə bu müharibə dövründə işğal olunan əraziləri azad etməsi üçün uzun vaxt və davamlı səy lazımdır. Konqresin yardımı təsdiqləməsinə baxmayaraq, Vaşinqton zaman – zaman Kiyevin addımlarına qarşı çıxır. Ukraynanın Rusiya ərazilərinə zərbə endirməsi ilə ABŞ- ın narazılığı buna ən bariz nümunədir.
İ. Maskın dediklərinə gəldikdə isə söyləməliyik ki, doğrudan da, vəziyyət qəlizdir. Ukraynadakı müharibə dalana dirənib. Kiyevə yardımlar müharibənin bitməsi üçün töhfə deyil. Əksinə, bu, durumu daha da mürəkkəbləşdirir. Məhz ABŞ -dan və Avropa İttifaqından alınan dəstək nəticəsində Ukrayna daha ciddi həmlələr edir, müharibəni Rusiya ərazisinə keçirir. Bu isə qarşı tərəfin adekvat addımları ilə nəticələnir. Beləliklə, konsensus və ya kompromis ehtimalı tamamilə aradan qalxır. Əksinə, nüvə silahının tətbiqi və üçüncü dünya müharibəsi üçün zəmin yaradılır.
Əgər Ağ Ev, həqiqətən, sülh istəyirsə, onda danışıqlara töhfə verməyə çalışmalıdır. ABŞ istəsə, Rusiya və Ukraynanın məsələni danışıqlar yolu ilə həll etməsinə kömək ola bilər. Amma həm Vaşinqton və Brüssel, həm də onların girovuna çevrilən Kiyev radikal mövqe sərgiləyir. Bu isə “suların durulmasına” mane olmaqla yanaşı, “alova benzin atmaq” deməkdir.
Kənan Novruzov, “Report” İA-nın əməkdaşı, siyasi şərhçi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir