Rus ordusu Turan ordusu mu?

Türkiye – Ukrayna Arasında Gelişen İlişkiler Işığında Röportaj

США поставили на России крест недоверия

TİKA, KIRGIZİSTAN’DA GÖNÜLLER FETHETMEYE DEVAM EDİYOR

Əliyev – Paşinyan görüşü

Azerbaycan, Ermenistan, Gündem 15 Şubat 2020
118

Mən bu günkü Əliyev – Paşinyan görüşünü isti-isti politik baxımdan şərh edib ona münasibət bildirməkdən uzağam . Yalnızca bu Paşinyanın (paşalara aid olduğu mənasını verir ) həyasızlığı ilə bağlı bir-iki dəqiqləşmələr aparmaq istərdim. Əvvəla bu adamın tarixdən xəbəri yoxdur və məşhur erməni tarixçilərinin də dediklərindən xəbərsizdir ki, ermənilərin tarix boyunca heç vaxt hansısa dövlətə sahiblik etməyiblər . Tiqran Metsin hakim olduğu dövlət isə heç mövcud olmayıb. guya kimləsə danışıqlar aparması da uydurmadır. Tiqran Metsə aid edilən “torpaqlar” da uydurulmuş xəritədən başqa bir şey deyildir. Coğrafi ad olan Armeniya isə Ermənistan anlamına gəlməz vermir. Onlar özləri haylardır və ölkələri də (əgər varsa) Hayastandır. tarixi Armeniyaya iddia etmək erməni həyasızlığından başqa bir şey deyildir. tarixi Armeniyada (Ərməniyyə) yaşayan yüzlərlə xalqdan yalnız biri haylar olmuşdur. Paşinyan saxtakarlıq adlı məlum erməni ənənəsini davam etdirən bir şəxs kimi özündən əvvəlkilərdən heç fərqlənmir. Gülməli də olsa Koçaryan da deyirdi ki, Dağlıq Qarabağ Azərbaycandan deyil, SSRİ-dən ayrılmışdır. Erməni irqçisi Balayan Putinə müraciət edirdi ki, Dağlıq Qarabağ 1828-də Rusiyaya birləşdirilib. İndi də Rusiyanın olsun… Əgər belədirsə onda bu Paşinyan nəyin danışıqlarını aparmaqdadır. Bu görüş erməni həyasızlığının pik nöqtəsi idi və ermənilərin nazı ilə oynamağın mənasızlığını bir daha ortaya qoyur. Bu erməni onu da unudur ki, bugünkü azərbaycanlıların tarixdə onlarca qüdrətli dövləti, imperatorluqları olmuş və o imperatorluqların “sadiq təbəəsi” məhzermənilər olmuşdur. Nə edək ki, “sadiq təbəə” xəyanət yolu tutmuş və ağasının üzünə ağ olmuşdur. Bu gün də onlar kiminsə arxasına gizlənib xainlik edirlər. Amma dünya belə qalmaz, paşalara, ağalara aid olduğunuz zamanlar da geri gələcəkdir
Qafar Çaxmaqlı, politoloq, ermənişünas alim

Yorumlar