Dənən Amerika Birləşmiş Ştatlarda Azərbaycan hakimiyyətinin rüşvət, korrupsiya, çirkli pulların yuyulması ilə bağlı daha bir natəmiz əməli ifşa olundu. Əliyev rejimi nə az, nə çox Amerika Konqresinin Texasdan olan üzvünü çirkli pulların yuyulması sxemi ilə satin alıb. Bunu dünənki saylarında “Nyu York Times”, “NBC nyus” yazır. Söhbət demokratlar partiyasından Konqresin üzvü Henri Kuelların və onun həyat yoldaşı İmelda Kuelların Azərbaycan hakimiyyətindən rüşvət almasından gedir.
Əgər xatırlayırsınızsa 20220-ci ilin yanvar ayında Federal Təhqiqat Bürosu (FTB) Henri Kuelların Texasdakı evində və Kapitolidəki ofisində qəfil yoxlama aparmışdı. Federal təhqiqat üçün Konqress üzvünün evindən və ofisindən bir sıra əşyalar, kompyuturlər müsadirə edilmişdi. Müsadirə edilən sənədlər içərisində Kuellerin və onun xanımının xarici ölkənin dövlət məmurları və iş adamları ilə yazışmaları da vardır.
Araşdırmalar başa çatdı. Şübhələr özün doğrultdu. Dünən Hyustonda təhqiqatların nəticəsi açılandı. Azərbaycan rəhbərlərinə məxsus neft və qaz kompaniyasında çirkli puların yuyulması sxemi üzrə 2014-cü ildən 2021-ci ilə qədər aldığı 600 min dollar rüşvətə görə Henri Kuellara və onun həyat yoldaşına qarşı 54 səhifəlik dəladüzluq, çirkli pulların yuyulması, rüşvət müqabilində xarici xarici ölkəyə xidmət göstərmək ittihamı irəli srüldü. Pullar qaçaqmalçılıq yolu ilə Mekska üzərindən Kuellar və onun xanımına çatdırılıb. Onların Azərbaycan rəhbərliyinə (ittiham aktında belə gedir) məxsus neft və qaz kompaniyası ilə natəmiz əlaqələri Federal Təhqiqat Bürosu tərəfindən rüçvətxorluq və çirkli pulların yuyulması kimi qiymətləndirilib.
Texas prokurorluğunun elan etdiyi İttiham aktında Azərbaycan hakimiyyəti tərəfindən Kuellara ötürülən rüşvətin gizli ödənişləri cədvəli verilib və orada rüşvətin hansı tranşlarla, hansı gizli ödəniş sxemi ilə gəldiyi öz əksini tapıb. Eyni zamanda Henri Kuelların kompyuterlərindən onun Azərbaycan rəsmiləri və Vaşinqtondakı Azərbaycan səfirliyi ilə yazışmaları üzə çıxıb. Bu yazışmalar ona qarşı ittihamnamədə öz əksini tapıb. Azərbaycan səfirliyi Amerka mətbuatının sorğularını cavablandırmaqdan yayınıb.
Henri Kuelların çirkli pulların yuyulması sxemi ilə Azərbaycan rəsmilərindən aldığı rüşvət president seçkiləri ərəfəsində democrat partiyasına ağır zərbə kimi qiymətləndirilir. İttihamda göstərlir ki, 2015-ci ildə Henri Kuellar iki il ərzində fəaliyyət göstərən çirkli rüşvət sxeminin açılacağından ehtiyat edərəkrlı sxemi dəyişib. Bu 2013-cü ildə İlham Əliyevin seçkisinə dəstək üçün SOCAR-ın 750 min dollara 10 konqres üzvünü və konqresin 32 əməkdaşını Bakıya gətirməsindən və “qonaqlara” qiymətli hədiyyələr verməsindən sonra növbəti və daha rüsvayçı rüşvət qalmaqalıdır. Pullar İmelda Kuelların şirkətinə “konsaltinq müqavilələri” əsasında keçirilib. Yəni bir növ Luka Volentanın Azərbaycana kənd təsərrüfatı sahəsində verdiyi “məsləhətin” müqabildə ötürüldüyü kimi ötürülüb. Amma araşdırmalar samanı “konsaltinq müqavilələri” saxta çıxıb.
İttiham aktında göstərilir ki, 2015-ci ilin yanvar ayında Azərbaycan rəhbərliyinə məxsus neft kompaniyası İmelda Kuelların şirkətinə 129 min dollar köçürdükdən sonra konqres üzvü Henri Kuellar Azərbaycanın terrorizmə qarşı mübarizədə önəmli dövlət olması barədə nümayəndələr palatasında edəcəyi çıxışın qaralamasını Azərbaycan diplomatına göndərib. İndi Henri Kuelları nəinki Kapitolidəki ofisini itirmək, həm də törətdiyi əmələ görə həbc cəzası gözləyir. Amma Azərbaycan tərəfindən bu əməli törədəni yəqin ki, orden-medal gözləyir. Deputat Cavanşir Feyziyevdə olduğu kimi.
Nə isə rüsvayçılıq. Bunlar görün Azərbaycanı beynəlxalq aləmdə necə rüsvay edirlər. İndi dünyada hansı korrupsiya faktını, çirkli pulların yuyulmasını araşdırırlarsa oradan Azərbaycan hakimiyyəti və hakim ailənin korrupsiya əməlləri çıxır. Sonra da saxta pul kəsən kimi Qubad İbadoğlunu, dələduzluq ittihamı ilə Tofiq Yaqublunu, Qaçaqmalçılıq ittihamı ilə Ələsgər Məmmədli, Anar Məmmədlini, Akif bəyi, Ruslan bəyi, Əziz Orucovu, Toplum tv-I əməkdaşlarını, Abzas Mediadan Sevinci, Ülüvünü, Hafizi, Nərgizi, Elnarəni və digərlərini tuturlar.
Prof Dr Cemil Hasanlı