KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Ermənistanın ətrafında təhlükəsizlik sistemi niyə işləmir?

Kamal Aliyev: Ermənistanın ətrafında təhlükəsizlik sistemi niyə işləmir?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
32 0

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə özünəməxsus,bir qədər də ikibaşlı açıqlamalar verib.Belə ki,Paşinyanın qənaətincə,Ermənistanın ətrafında təhlükəsizlik qarantiyaları sistemi işləmir.Bu,olduqca maraqlı yanaşmadır,lakin sətiraltı erməni liderin nə demək istədiyini anlamaq mürəkkəb deyil.Necə deyərlər,Paşinyan bir güllə ilə iki quş vuraraq demək istəyir ki,Ermənistan ərazisindəki Rusiyaya məxsus hərbi baza bu ölkəyə təhlükəsizlik zəmanəti vermir.Belə oldugu təqdirdə,ortaya suallar çıxır:Yerevan rus hərbi bazasını öz ərazisindən çıxması üçün daha necə siyasi bəyanatlar verməlidir? Digər sual isə bel əıdir:Paşinyan ölkəsinin təhlükəsizlik sistemi üçün Rusiyanı kiminlə əvəz etmək istəyirəm?
Baxın,biz Paşinyanın məhz bu bəyanatlarına,niyyətlərinə fokuslanmalıyıq.Ancaq biz ona şahid oluruq ki,Paşinyanın öz ölkısinin təhlükəsizlik qarantiyaları sisteminin mahiyyətində onun gizli hədəfi var.Bu,odur ki,Ermənistanın indiki iqtidarı öz ərazisinə digər ölkə(lər)nin silahlı qüvvələrini yerləşdirmək niyyətini gizlətmir.

Bilirik ki,Azərbaycan ərazisində müvəqqəti yerləşmiş rus hərbçiləri ölkəmizi tərk etm əıkdədirlər.Təbii ki,bu,möhtəşəm tarixi nailiyyətidir Azərbaycanın.
Üstəlik,Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində proqressiv yeniliklər var.Məsələn,Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına etiraz edən erməni dindarları da cəmiyyətdə hələ də istənilən effekti yarada bilmirlər.Bu nöqteyi-nəzərdən,Paşinyanın Ermənistanın ıtrafındakı təhlükəsizlik qarantiyaları sisteminin olmaması haqqında açıqlaması hiyləgər planın əsas elementi kimi qarşımıza çıxır.Hərçənd,Cənubi Qafqaz və onun geopolitik maraqları üçün məqbul varianlardan biri də bu regionda xarici hərbi bazaların olmamasıdır.Azərbaycan bu məsələdə istədiyinə nail olsa da,Gürcüstan və Ermənistan istədiyinə hələ ki,nail ola bilmir.Yerevanın Tiflislə müqayisədə böyük üstünlüyü Rusiya ilə qonşu olmamasıdır.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir