KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: ABŞ Konqresinədəki rüşvət olay niyə indi ortaya çıxdı?

Fuad Gahramanlı: ABŞ Konqresinədəki rüşvət olay niyə indi ortaya çıxdı?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
20 0

Dərinləşən siyasi böhran və 19 may mitinqi .

Azərbaycandanla bağlı növbəti hay küylü qalmaqal ABŞ-da meydana çıxıb. Məlum olub ki, ABŞ Nümayəndələr Palatasının üzvü Henri Kuellar və həyat yoldaşı İmelda 2014-cü ilin dekabr ayı və 2021-ci ilin noyabr ayı arasında Azərbaycandan və adı açıqlanmayan Meksika bankından 600 min dollar həcmində rüşvət qəbul ediblər.

Bu məsələnin üstü o zaman açılır ki, ABŞ Konqresinə Azərbaycan məmurlarına sanksiyalarla bağlı qanun layihəsi təqdim edilir. Belə görünür ki, bu iki məsələ arasında bir əlaqə var. Çünki bu qalmaqalın konqres üzvləri arasında və ictimai rəydə Azərbaycan hakimiyyətinə qarşı mənfi münasibəti körükləyəcəyini görməmək mümkün deyil. Bu, o deməkdir ki, ABŞ Konqresinində artıq kimsə Azərbaycan hakimiyyətinə yaxın görünmək istəməyəcək ve belə bir yaxınlığa öz reputasiyası üçün təhlükə kimi baxacaq. Onsuz da bundan bir neçə il əvvəl ABŞ Senatının intizam komitəsi Azərbaycan hakimiyyətindən hədiyyə qəbul edən üzvlərlə bağlı araşdırma aparmışdı və o zaman məsələ yalnız bahalı hədiyyələrdən gedirdi. Bu dəfə isə məsələ daha ciddidir və ortada ABŞ qanunları ilə cinayət əməli sayılan rüşvət alma əməli var.

İlk dəfə buna bənzər olay AŞPA -da kürü diplomatiyası ilə bağlı araşdırmaların nəticəsi olaraq ortaya çıxmışdi. Nəticədə italiyan və alman deputatlara qarşı bununla bağlı cinayət ittihamları irəli sürülmüş, hətta intihar edənlər olmuş və Azərbaycanla AŞPA arasında münasibətlər ağır zərbə almışdı. Bu hadisəyə görə Azərbaycan dövlətinin onsuz da mənfi hala salınmış imicinə beynəlxalq səviyyədə rüşvətlə ələ alma kimi qara bir ləkə də əlavə olunmuşdu.

İndi isə AŞPA -dan sonra Azərbaycan hakimiyyətinin adı ABŞ Konqresində rüşvət qalmaqalında gündənə gəlir. Bu durumda hakimiyyət nəinki vəziyyəti xilas etmək üçün hər hansı müsbət addımlar atmır, əksinə, anti -Qərb ritorikasını gücləndirərək ölkə daxilində xalqı daha çox qorxutmaq üçün özünü təcridə səbəb olacaq yeni sərt addımlara əl atır. Bu da vəziyyəti getdikcə daha da mürəkkəbləşdirir və ortada böhranlı situasiyanı idarə edəcək soyuq bir mühakimə bacarığının olmadığını göstərir. Ancaq aydın görünür ki, bu gün hakimiyyət üçün real təhlükə Qərbdə ən üstü səviyyədə müzakirə olunan sanksiyalarla bağlıdır və indiki siyasi kurs bu müzakirələrin qarşısını almağa deyil, onların real tətbiqinə təhrik edir. Belə davam edəcəyi təqdirdə heç şübhəsiz ki, xarici siyasətdəki böhran daha da dərinləşcək. Uzun illər regionumuzda geosiyasi balans üzərində öz mövcudluğunu təmin etmiş Azərbaycan hakimiyyəti bu yeni mərhələdə siyasi böhranları idarə etmək bacarığının olmadığını göstərir və isterik, qəzəbli reaksiyalar verməklə münasibətlərdə normallaşma imkanlarını da zay edir.

İndiki mərhələdə söhbət artıq dövlətin imicindən də getmir, onsuz da beynəlxalq səviyyədə rüşvət verməkdə, media azadlığının boğulmasında, kütləvi siyasi repressiyalarda adı hallanan bir hakimiyyət üçün bu mövzunun bir dəyəri qalmayıb, indi söhbət daha çox sanksiyaların önlənməsi istiqamətində atılacaq addımlardan gedir. Ancaq biz hələ ki, problemin həlli yolunda atılan addımlar əvəzinə panika ovqatın və əsəbi reaksiyaların şahidi oluruq.

Əgər hakimiyyət bu vəziyyətdən çıxmaq üçün hər hansı addımlar atmaq istəyirsə bunundan ötrü ilkin addım kimi Milli Şuranın 19 may mitinqinə razılıq verilməlidir. Bu ölkədə siyasi qadağaların yumşalması və müsbətə doğru dəyişikliklər istiqamətində atılmış ümidverici bir addım olardı. Nəzərə almaq lazımdır ki, bu gün xarici siyasətdə yaranmış böhranın həlli ilk növbədə ölkə daxilində siyasi repressiyaların durdurulmasından və demokratiyaya qarşı irticaçı münasibətin dəyişməsindən keçir. Bu baxımdan 19 may mitinqi indiki düyünün açılması üçün bir başlanğıc da ola bilər.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir