Vizyon

Putin’in ABD karşıtı bloku Kahire Şam Ankara ekseninde oluşuyor!

Սերժ Սարգսյանը հայտարարեց Վիգեն Սարգսյանի ժամկետը

Putinin Azərbaycana qarşı təzyiqləri..

Kore Basını : Kore Savaşındaki Gerçek Hikaye’nin Sahibi Cesur Türk Askeri’nin Son Yolculuğu

Həsən Oqtay: “…Qərblə Rusiya böyük xətalar ediblər”

Gündem, Rusya 5 Eylül 2017
72

Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Həsən Oqtayın Versus.Az-a müsahibəsi.

– Həsən bəy, bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lovrov Moskvada tələbələr qarşısındakı çıxışında NATO-nun avroatlantik regionda hərbi-siyasi vəziyyətin dəyişdirilməsi istiqamətində israrlı səylərinin, o cümlədən Rusiya ilə həmsərhəd ərazilərdə hərbi mövcudiyyətini və infrastrukturunu gücləndirməsini sərt təpki ilə qeyd edərək, bunun region üçün xüsusi həyəcan doğurduğunu ifadə edib. Sizcə Rusiyanı daha çox narahat edən nədir?

– Rusiya və Qərb arasında nüfuz davası davam edir. Rusiya öz coğrafiyasına yaxın olan keçmiş sovet respublikalarından əl çəkmək fikrində deyil və Qərb də öz ampluasındadır. Təbii ki, bundan da müstəqil yaşamaq istəyən dövlətlər zərər görməkdədir.

NATO ilə Rusiya arasındakı rəqabət soyuq müharibədən sonra da sürətlə davam edir. Bu mənada, xüsusilə də ABŞ-NATO ittifaqı Rusiyanı olduqca narahat etməkdədir. NATO-nun Baltikyanı ölkələrdə, cənubi Avropa ölkələrində, Qara dənizdə və özəlliklə Gürcüstanda çıxış etməsi Rusiyanı sıxır. Rusiya NATO-nun köhnə sovet məkanında öz təsir altında saxladığı torpaqlarda görünməsindən son dərəcə narahatdır. Rusiya bu xəttin nəticədə xəritədən silinməsi məqsədilə yürüdüldüyünü zənn edir.

“Bir-birilərini ittiham etməklə problemin çözülməsi mümkün deyil”

– Rusiya rəsmisi regionda – Qarabağ, Dnestryanı ərazilər və Ukrayna böhranın uzun müddət davam etməsinə görə Qərbi qınayıb və onu bu münaqişələrlə bağlı ciddi addımlar atmamaqda ittiham edib. Bildirib ki, əgər bərabər və bölünməzlik təhlükəsizlik prinsipi doğrudan da hüquqi baxımdan məcburi formaya salınsaydı, hazırda Avropada olan bir çox münaqişələr çoxdan həllini tapardı. Sizcə Rusiya münaqişələrlə bağlı Qərbi ittiham etməkdə nə qədər haqlıdır?

– Ukrayna böhranı Rusiya ilə Qərbin, xüsusilə də ABŞ və NATO-nun hətta Katolik Papalığın qarşı-qarşıya gəlməsinə səbəb oldu. Ukrayna böhranında Rusiya Qərbi, Qərb isə Rusiyanı ittihamlamaqda davam edir. Lakin Ukrayna böhranından öncə Qarabağ problemi çözülməlidir.

Rusiya hələ 1992-ci ildə çat verməyə başlayan Qarabağ münaqişəsi ilə bağlı həyata keçirdiyi siyasətlə Qərbi görməzdən gəldi. Qərb aləmi Qarabağ münaqişəsində özünü Ermənistanı dəstəkləyirmiş kimi göstərib, əslində Rusiyaının mövqeyini diqqətə almadı və buna heç bir ad qoymadan sanki məsələyə razılıq verdi. Qərb aləmində buna müsəlman Azərbaycan dövlətinə qarşı xristian dövlət olan Ermənistanın qələbəsi kimi baxıldı. Əslində isə Rusiya burada separatçı qrupların əli ilə öz işğal siyasətini sınayırdı. Bu siyasəti anlamayan və Qarabağ məsələsində Ermənistandan yan reaksiya alan Qərb aləmi sonradan Ukraynada daha ağır bir problemlə üzləşməyə başladı. Hesab edirəm ki, Ukrayna böhranının həlli Qarabağ probleminin həllindən başlayır. Qərb aləmi Qarabağda içinə düşdükləri xətanı həll edəndən sonra Ukrayna böhranının çözümünə yaxınlaşacaq. Qarabağ və Ukrayna böhranında Qərb və Rusiya böyük xətalar ediblər. İndi isə bu günahlarından üz çevirmek istəyirlər. Bir-birini ittiham etməklə isə problemin həlli mümkün deyil.

Eləcə də Türkiyənin, xüsusilə Ukrayna böhranındakı mövqeyi Rusiya tərəfindən müsbət qarşılanmalı idi. Qərb aləmi isə Türkiyəni Ukrayna məsələsində tərəfsiz qalmaqda günahlandırıb, Suriya məsələsinə görə Türkiyəni müharibənin kəndarına qədər kətirərək cəzalandırmaq istədi. 24 noyabr təyyarə qəzasından sonra Putin və Ərdoğanın soyuqqanlı siyasətinin həll nöqtəsinə gəlməsini Türkiyədə baş verən 15 iyun hadisəsi ilə birlikdə dəyərləndirmək lazımdır. Qərb aləmi Türkiyəni ittihmlama kursu seçməkdənsə onun (Türkiyənin) təcrübələrindən istifadə etmli idi. Qərb Rusiya ilə arasında yaranan gərginliyin aradan qaldırılması üçün Türkiyənin vasitəçi rolunu oynaya biləcəyini görməlidir.

“Qarabağ böhranının həlli ilə Ukrayna böhranının həlli oxşardır”

– Sizcə bu gün regionda, eləcə də dünyada ağalıq etməyə qadir olduğunu bəyan edən Rusiya ilə Qərb münasibətləri hansı halda dəyişə bilər. Bu məsələdə Türkiyənin rolu nə ola bilər və bu, Qarabağ münaqişəsinin həllinə nə dərəcədə imkan yarada bilər?

– Qərb bloku ilə Rusiyanın bir-birinə qarşı həddən artıq silahlanması və həssas nöqtələrdə bir-birinin “ayaqlarını tapdalamaları” yaxın zamanlarda yeni bir böhranı gündəmə gətirə bilər. Bu da üçüncü dünya müharibəsi deməkdir. Bunun qarşısını almaq üçün Türkiyənin rolu olduqca önəmlidir. Çünki Türkiyənin 70 illik NATO təcrübəsi, son 20 il Rusiya ilə olan yaxşı əlaqələri var. Bu da Türkiyənin hər iki bloku yaxından tanımasına imkan verir. Bu təcrübə Qərblə Rusiya arasında yaxşı əlaqələrin qurulmasına dəstək ola bilər. Rusiya ilə Qərb Türkiyənin təcrübələrini nəzərə alıb ondan bir vasitəçi rolunda çıxış etməsini istəməlidir.

Qarabağ məsələsinə gəlincə, əvvəl də söylədiyim kimi bu, Qərbin Rusiyanın regionda apardığı siyasəti görməzdən gəlməsinin nəticəsi olaraq bu günə qədər sürən bir böhrandır. Bu böhranın davamını Rusiya Ukraynada da icra etdi. Qərb Rusiyanın Ukraynadakı gedişini hələ indi-indi anlamağa başlayıb. Hesab edirəm ki, Qarabağ böhranının həlli ilə Ukrayna böhranının həlli oxşardır. Bu gün həyata keçirilməsi olan məsələ soyuqqanlı şəkildə diplomatik işlərin aparılmasıdır. Hər iki məsələni çözmək üçün ciddi danışıqlar aparılmalıdır. Qarabağ böhranı bəlkə də üçüncü dünya savaşını yarada biləcək qığılcımı alovlandıra bilər. Türkiyə NATO ilə Rusiya arasında vasitəçi rolunda görülməsə üçüncü dünya müharibəsinə hazır olmaq lazımdır.

T.Qafarlı

Versus.Az

Yorumlar