KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. kəntlerimiz, rayonlarımız təmizlənir

kəntlerimiz, rayonlarımız təmizlənir

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
303 0

Azərbaycan 30 ildir ki, Azərbaycan torpaqlarının düşmən tapdağı altından çıxmasını qozdüyürdü və bugün buna nail olur. Artıg kəntlerimiz, rayonlarımız təmizlənir. Təbiki bunu dünya ictimaiyyəti, an əsasda erməni lobbisinin əlinin altında olan və onların maliyyə dəstəyini alan ölkələr və onların başçıları çox da rahat və ürəkaçan vəziyyətdə qarşılamır, təzyiqlər etməyə çalışır lakin bu dəfə beynəlxalq hüqüq və ən əsasda ictimai rəy bizim tərəfımizdədi yəni məzlumun zərərçəkən ölkənin yanındadı. Biz bu savaşda haglıyıq öz haqlarımızı və huquqlarımızıda sona qədər güdməliyik. Savaş hər zaman çətindi böyük itkilərlə gətirir, insanların normal həyatından başqa heç bilmədiyi bir vəziyyətdə yaşamağa məcbur edir, lakin buna baxmayaraq biz hər zaman bunu bilirdik ki, Qarabağın gayıtması bizə asan başa gəlməyəcək və bizim xalqımız bugünde göstərdi ki buna hazırdı. Döyüşlər göründüyü kimi düşmən tərəfindən genişləndirilir. Faşist və vəhşilik xislətində olan bu millət hər zaman qücsüzlərə və dinc mulki insanlara zərər verməkdən çəkinmirlər. Müharibəni savaş bölgəsində deyil mülki insanlara vurmağa müharibənin və təcavüzün sifətini dəyişərək, Azərbaycanı onların dövlətlərinə qəsb edən kimi göstərməyə çalışırlar. Üçüncü dövləti bu savaşa cəlb etmək üçün dinc əhalini və
şəhərlərimizi bombalayırllar. Və dünya ictimaiyyəti buna reaksiya vermir. Ama biz Ermənistana və ona yaxın əraziyə bir güllə atsaq bizi qınaq obyektinə çevirirərdilər. Bu savaşın təbi ki gedişatı tez bir zamanda bitəcəyi mümkün deyil, çünki razılaşma hər iki tərəfdə olmalıdı yəni biz bugün dayandırsaq onlar bizim torpagları öz xoşlarıyla qaytarmayacaqlar onları kapitulasiya etməyə ağ bayraq galdırmağa məcbur etməliyik. Torpaglarımızdan qeyri şərtsiz çıxmalarına gol çəkməli və bunu da dünya ictimaiyyəti və beynəlxalq hügug qarsısında və çərçivəsində etməlidirlər. Ondan sonra gələcək danışıqlar barədə masaya oturmaq üçün düşünmək olar. Lakin bu dəfə mütleg şəkildə erməni lobbisinin hokmüranlıq etdiyi ölkələrlə deyil doqrunun tərəfini tutan və bizim maraqlarımızı üstün tutan ölkələrdə masaya oturulmalıdır. Minsk Qrupunun tərkibi dəyişilərək mütleg şəkildə Türkiyə nümayəndəsi bu grupa daxil olmalıdı.
Azərbaycan və Ermənistan Cənubi Qafqazın hər iki dövlətdir lakin bunların mahiyyəti geopolitik və strateji baxımdan digər dovlətlər üçün ayrı ayrıdır. Azərbaycan bugün bu regionun ən öndə gedən dövlətidir, hər siyasi, həm iqtisadi həmdə hərbi baxımdan. Bugün bu regionda Azərbaycansız nə iqtisadi, nədə siyasi heç bir layihəyə imza atılmır. Azərbaycan şərqlə qərbin gapısıdır. Biz heç kimdən heçnə gözləmirik, iqtisadi baxımdan belə bütün layihələrə maliyyə dəstəyini belə ozümüz veririk, fərgi görürsünüz. Ermənistana isə hər zaman ən yaxın dövlət Rusiya olub, yəni ondan başqa bu dövlətə heç kim lazımı yardımı edə bilməz həm iqtisadi, həm siyasi həmdə hərbi. Yəni Ermənistan hər zaman əl açıb aslı olan dövlətdir. Təbiı burda lobbinin rolu böyükdür hələ erməni lobbisinin və bizdə bunu görürük üç dövlətin yəni Rusiyanın, Fransanın və ABŞ rəhbərlərinin verdiyi bəyanatlardan. Onların hər biri erməni lobbisinin ən çox çalışdığı və təsir imkanları olan dövlətlərdir. Lakin burda unutmaq olmaz ki Türkiyə faktoru böyük rol oynayır. Yəni Turkiyənin bugün Azerbaycana verdiyi dəstək bu dövlətlərin göstərəcəyi təyzyiərin qarşını alır. Bilirsiniz ki Türkiyə NATO dövlətidir və ABŞ la muttəffigdir. Suriyada və Liviyada Rusiyayla , Aralıq dənizində isə Fransayla üz üzə gəlir. Yəni Türkiyənin özündə problemləri az deyil, lakin buna baxmayaraq bu gün bütün dünya artıg 2000-çi ildən sonra dünya arenasında güclənən bir Türkiyə görür. Yəni Türkiyənin yürütdüyü siyasət və hərbi güc Azərbaycanada böyük təsiri var. Bunların hər birini üst üstə gətirsək görə bilərik ki bugün iki dövlət arasında seçim olunsa hər dövlətin maraqlarına uyğun yenədə Azərbaycandır. Rusiyanın bu dəfə ki mövqeyi təbi ki hərkəsdə marağ doğurur, hər kəs ermənilər belə onlardan tam dəstək almamaları onları çaş baş salıb. Tabiki biz bilirik ki, Rusiya İran üzərindən silah otürür lakin bir başa müharibəyə dəstək vermir. Burada səbəblər var Ermənistanın və onun rəhbərlərinin son illərdə antirus siyasəti və yenə dediyim kimi Türkiyə faktoru. Bilirik ki, nə Rusiya, nə İran nə Fransa, nədə ABŞ Türkiyənin Cənubi Qafqazda olan varlığından razıdır. Türkiyənin Yaxın Şərgdə ki varlığı, Agdənizdəki varlığı belə onları narahat etdikcə və bir tərəfdən də bura girməsi tam təhlukə yaradır. Ona görə də Türkiyəni mümkün dərəcədə burdan uzağ tutmağa calisacaqlar, yəni müxtəlif bəyanatlar verərək ara düzəltməyə calisacaglar ki, müharibənin miqyası qenişlənməsin. Çünki Azərbaycan Liviyada olduğu kimi Türkiyədən hər an hərbi dəstək alması mümkündür və bu da bu dövlətlərin marağında heç deyil. Lakin göründüyü kimi bunu belə tam bacara bilmirlər, çünki illərdi verdikləri bəyanatların və sözlərin işə yaramadığının şahidiyik. Artıg real vəziyyət başqadır Azərbaycan özü torpagları azad etməklə məşğuldur və bunuda heçkimin köməyi olmadı
Ramiya Mamedova

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir