KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Natıg Caferli: Çin Rusiya torpaqlarına sahib olma şansına malik mi

Natıg Caferli: Çin Rusiya torpaqlarına sahib olma şansına malik mi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
218 0
ÇİN’DE ÜRETİM DURURSA NE OLUR?


Qərbdə, Qərbin lokomotivi olan ABŞ-da son illər ciddi ideoloji, strateji planlama böhranı yaşanır, onillərlə öz siyasətlərinin təməlini təşkil edən yanaşmalardan imtina edərək özləri-özlərinə problem yaradır, sonra da o problemlərin həlli yolları haqqında baş sındırırlar.
Ağlı başında olan hər kəsə məlum idi ki, eyni anda həm Rusiyanı, həm də Çini hədəf alsalar bu iki monstr ölkə yaxınlaşacaq (bu haqda 2014-cü, 2017-ci, 2019-cu, 2020-ci, 2021-ci və 2022-ci ildə məqalələr yazmışam, linklər şərhlərdə). İki avtoritar ölkənin yaxınlaşması isə dünyaya əlavə problemlər yaradacaq. Bundan başqa, Rusiya (hətta SSRİ) onillərlə Qərbin ucuz xammal bazası, “yanacaqdoldurma stansiyası” idi, 2-ci Dünya Müharibəsindən sonra Qərbin yüksək templə inkişaf etməsinin əsas səbəblərindən biri Rusiyanı öz xammal bazasına çevirmələri idi. İndi isə öz mənasız davranışları ilə (söhbət həm də Çinə qarşı aqressiv siyasətdən gedir) Rusiyanı Çinin ucuz xammal anbarına çevirdilər-çevirirlər.
Yaxşı, biz məlumatlara məhdud çıxış imkanlarımıza rəğmən bu mənzərəni 9-10 il öncədən görüb-proqnozlaşdıra bilirdiksə bu qədər xüsusi xidmət orqanları, milyardlarla dollar büdcəsi olan “beyin mərkəzləri” olan Qərb bunları görə bilmirdi?! Axı məhz Qərbin ən güclü fikir babaları onillər öncə bu haqda xəbərdarlıq etmişdilər, yazıb-danışmışdılar, nədən bu proqnoqları iqnor etdilər (məsələn, Henri Kissincer dəfələrlə yazmışdı ki, Qərbin ən strateji hədəfi, Rusiya ilə Çini yaxınlaşmasına imkan verməməkdir)?!
Əgər bu çoxgedişli əməliyyat deyilsə, Qərbin strateji səhvidir. Bu gün Rusiyanın Ukraynaya vəhşi hücumundan ən çox udan ölkə məhz Çindir. Rusiya getdikcə Çinə daha çox möhtac olur, daha çox asılı vəziyyətə düşür, Çin Rusiyanın tükənməz təbii sərvətlərinə çox asan və ucuz yolla sahib olur.

Ona görə də, bir çox dünya analitiklərinin fikirləri ilə razı deyiləm (dünya mətbuatında onlarla yazı var ki, Çinin müharibəni dayandırmağa çalışdığını yazırlar) – müharibənin uzanması Çinin hədəflərinə və məqsədlərinə tam uyğundur: 1) Rusiya zəifləyir – Çin üçün bu çox önəmlidir, zatən Rusiyanın ağlı olsaydı Qərbdən yox Çindən qorxardı, Qərb deyil də məhz Çin Rusiya torpaqlarına sahib olma şansına malikdir, 2) Moskva Pekindən o dərəcədə asılı vəziyyətə düşür ki, Çin bir qərarla Rusiyanı dizüstə qoya bilər – iqtisadi münasibətləri kəssə, maliyyə axınlarna mane olsa Mokskva çökər, 3) Rusiya ilə yaxınlıq Çin üçün ən gözəl aktivdir – Qərblə danışıqlarda bu aktivi çox baha sata bilər, yəni, Qərblə olan öz problemlərini həll etmək üçün Rusiyanı hər an güdaza verə bilər.

Bütün bu amilləri, Çinin müharibədən ən karlı çıxan ölkə olduğunu nəzərə alaraq düşünürəm ki, bu gün Çin müharibənin uzanmasında da ən maraqlı ölkədir. Bir daha: Qərbin bizim bilmədiyimiz çox mürəkkəb, çoxgedişli planı-proqramı yoxdursa, son illər eyni anda Rusiya və Çinə saldırması ən böyük səhvinə, strateji probleminə çevriləcək…
Natıg Caferli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir