KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Paşinyan yenə topu auta atdı,sülh istəmir

Kamal Aliyev: Paşinyan yenə topu auta atdı,sülh istəmir

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
226 0

Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransında Qarabag probleminin yekun həlli,Yerevanın KTMT-də bundan sonrakı fəaliyyəti və başqa mövzularla baglı səsləndirdiyi fikirləri diqqətlə izlədim.Gəldiyim qənaət bundan ibarətdir ki,erməni baş nazir yenə də əsas mövzuları hiyləgərcəsinə və özünəməxsus formada interpritasiya edir.Paşinyan 2020-ci il 10 noyabr üçtərəfli razılaşmanı manipulyasiya edərək deyir ki,Bakı anlaşmanı pozur və o,Laçın yolundakı etiraz aksiyasını gündəmə gətirir.Bəli,dogrudur ki,Azərbatcan tərəfi Laçın koridoru vasitəsilə etnik ermənilərin sərbəst keçidinə maneə yaratmamalı,təhlükəsizlik məsələlərini isə rus sülhməramlıları öz üzərinə götürürlər.Lakin maraqlı və düşündürücü həm də budur ki,10 noyabr razılaşmasının 4-cü bəndi-yəni rus sülhməramlılarının məsuliyyət zonasındakı qanunsuz erməni silahlılarının ərazidın çıxarılması mövzusunu erməni baş nazir xatırlamır.Halbuki,10 noyabr 2020-ci ildə rus sülhməramlılarının Aarabaga daxil olmasıyla paralel olaraq,erməni silahlılar bölgəni tərk etməliydilər.Şübhəsiz ki,bu mövzuda təkcə Ermənistan hakimiyyəti deyil,Rusiya sülhməramlı kontingenti də məsuliyyət daşıyır.Gəlinən nöqtədə görürük ki,ermənilər Laçın yolunun əvəzinə bir müddətdir Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan silah-sürsat keçiriblərmiş.Nəticədə martın 5-də məlum torpaq yolda erməni təxribatına şahid olduq.
Digər tərəfdən,Paşinyan hər vəchlə Qarabaga faktaraşdırıcı missiyanın göndərilməsini tələb edir.O,deyir ki,guya Praqada keçirilən görüşdə prezidenti İlham Əliyev Azərbaycan ərazisində də Avropa İttufaqının Müşahidə Missiyasının fəaliyyətin əı icazə verub,ancaq daha sonra bundan imtina edib.Göründüyü kimi,Paşinyan sülh prosesinin qarşısını almaqdan ötrü ənənəvi olaraq prosesi manipulyasiya edir.Nikol Paşinyan Qarabagdakı erməni əhalisinə təhlükəsizlik zəmanətləri istəyərkən,daha çox əraziya beynəlxalq müşahidəçilərin gəlməsində maraqlıdır.Hərçənd,Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bu təklifi qəbulolunmaz hesab edib.Nikol Paşinyanın hiyləsi həm də budur ki,o,Qarabag ermənilərinin Azərbaycana reinteqrasiyasına qarşıdır və Xankəndidəki separatçı liderlərləri də bundan yayındırır.Belə ki,martın 1-də Azərbaycan nümayəndələri və Qarabagdakı erməni icmasının təmsilçiləri arasında rus sülhməramlılarının iştirakıyla görüş keçirilmişdi.Həmin görüşdə müzakirə predmetləri sadəcə humanitar və yaxud texniki məsələlər deyil,eyni zamanda,Qarabag ermənilərinin Azərbaycana reinteqrasiyası da müzakirə olunmuşdu.Azərbaycan hökuməti daha sonra Qarabag erməniləri ilə növbəti görüşü Bakıda keçirməyi təklif etsə də,qarşı tərıf bundan imtina edib.Görünür,həm Yerevsn,həm də Moskva Qarabag ermənilərinə Bakıya getməyə icazə verməyib.Həmişə oldugu kimi,Moskva və Yerevan arasında müəyyən narazılıqların mövcudluguna baxmayaraq,hər iki tərəf Qarabag ermənilərinin Azərbaycana inteqrasiya etməməsində vahud mövqedən çıxış edirlər.Zənnimcə,Azərbaycan və Ermənistan arasında danışıqlar bundan sonra daha da çətin mərhələyə qədəm qoyacaq.Paşinyan və Qarabag separatçıları yeni döyüş mövqeləri qurur,müharibəyə hazırlaşırlar.Hadisələr bu minvalla davam edərsə,yaxın vaxtlarda h əırbi eskalasiyanın olacagını istisna etməməliyik.

Paşinyanın KTMT ilə baglı dediklərinə gəldikdə,erməni bsş nazir dedi ki,onlar yix,hərbi qurum onları tərk etmək istəyir.Bu məsələdə də Paşinyan ikili oynayır.Məlum olan budur ki,Paşinyan KTMT-dən çıxmaq istəyir,Ermənistan ərazisindəki 102 saylı Rusiya hərbi bazasının çıxarılmasında maraqlıdır.Lakin Paşinyan tələm-tələsik qərar verməyə risq etmir.Səbəb budur ki,Paşinyan özünə qarşı dövlət çevrilişi ehtimalını görür.Doğrudur,Paşinyan KTMT baş katibinin müavinlərindən biri üçün Ermənistana ayrılan kvotadan imtin etdi,ancaq bu,körpüləri yandırmaü yox,daha çox Moskvaya qarşı bir demarşdır.Yaxın vaxtlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri gözlınilir.Güman edirəm ki,Lavrivun ziyarətində KTMT mövzusu Ermənistan tərəfi ilə ciddi şəkildə müzakirə olunacaq.

P.S.Nikol Paşinyan bu gün onu da dedi ki,ötən əsrin 80-ci illərində azərbaycanlılar Ermənistandan deportasiy az olunarkən,onlara təzminat ödənilib.Paşinyan deyib ki,Sovet Ermənistanının arxivlərində bununla baglı sənədlər var.

P.P.S.Paşinyan növbəti dəfə yalan danışır.Çünki azərbaycanlılar Ermənistan ərazisindən mıcburi deportasiyaya məruz qalıb.Əgər Paşinyanın əlində azərbaycanlılara Ermənistandan qovularkən təzminat ödənilməsi haqqında arxiv materialları varsa,buyursun,təqdim etsin.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir