KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Alman generallarının səs yazısını Rusiya,yoxsa ABŞ yaydı?

Kamal Aliyev: Alman generallarının səs yazısını Rusiya,yoxsa ABŞ yaydı?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
47 0

Qayıdaq günün ən aktual mövzusuna-Almaniya ordusunun 4 generalının 38-40 dəqiqəlik telefon söhbətinə.Deməli,almanlar Krım körpüsünü vurmaq üçün Ukraynaya uzaqmənzilli “Taurus”raketləri göndərmək istəyiblır.Və generalların səs yazısı dinlənilib və hazırda dünya mediasının ən mühüm xəbəridir.Hətta vəziyyət o həddədir ki,Almaniyanın federal kansleri Romada səfərdə olarkən,bəyan elədi ki,bu məsəl əı dərindın araşdırılacaq.
Məsələnin mahiyyətinə gəlincə,bu böyük bir skandaldır və etiraf etməliyik ki,ruslar hibrid müharibə taktikasında,kiberhücumlar sahəsində kifayət qədər ixtisaslaşıb.Şübhəsiz ki,bu sayaq səs yazıları həm də Almaniya Xüsusi Xidmət orqanı olan BND-nin zəif nöqtələrini aşkar edir.Əgər Berlin rus xakerlərinin kiberhücumlarına,ümumiyyətlə,Kremlin hibrid müharibə taktikasına cavab verə biləcək keyfiyyətli qrum yarada bilməsə,belə skandalların davamı gələcək-hətta proses siyasətçil əırə,işadamlarına da uzana bilər.

Bu rəgmən,mən məlum skandala 180 dərəcə fərqli prizmadan baxmagında tərəfdarıyam.Və ortaya belə sual qoyuram:Mümkündür ki bu səs yazısını ABŞ(CİA təbii ki)tirajlasın?
Siyasət elmi olduqca dərindir bu sahədə bütün alternativ fərziyyələr səsləndirilməlidir.
Sizcə,ola bilmızmi ki,ABŞ(bir az dərinə getsək anqlosaksonlar)Rus-Alman müharibəsi istəməsinlər?
Axı,Adolf Hitlerin başını çəkdiyi nasionalist-sosialistlərin hakimiyyətə gəlməsinə də bir zamanlar anqlosaksonlar göz yummuşdular.Məhz alman iqtisadiyyatının ötən əsrin əvvəllərində çökməsində,hiper-infilyasiyanın baş alıb getməsində,alman markının dollar qarşısında kagız parçasına çevrilməsində anqlosaksonların rolu şübhəsiz ki,olub.
İndi ortaya bir başqa sual çıxır:Yaxşı,amerikalılar Rus-Alman savaşı çıxarmaqla nəyə nail olmaq istəyirlər?
Cavab çox sadədir:Hitlerin iqtidara gəlməsində hansı məqsədi güdürdülərsə,indi də eyni siyasi mühəndisliyə girişiblər.Məqsəd budur ki,yeni çoxqütblü dünya nizamında(New World Order/Multipolar World)zəifləmiş qara qitəni yenidən nəzarətə alsınlar.Tarix təkərrür edir.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir