KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Putinə strateq demək olarmı? Müharibə və strateji ağıl

Fuad Gahramanlı: Putinə strateq demək olarmı? Müharibə və strateji ağıl

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
40 0

Müharibə həm də strategiya sənətidir. Dünya savaş tarixində böyük strateqlərin bəzən öz qələbələrini taktiki geri çəkilmələrlə əldə etməsinə dair çox saylı nümunələr var. Ancaq Ukrayna müharibəsi Putinin dövlət rəhbəri kimi uzun müddətli və geniş miqyaslı düşünmə bacarığından məhrum olduğunu, proseslərə strateji baxımdan yanaşa bilmədiyini göstərdi. Ukrayna müharibəsi haqqında çox ,
yazıldığından mövzunu çox uzatmamaq üçün digər təfərrüatlara keçmədən diqqəti son günlər Rusiyanın cəbhə xəttində əldə etdiyi taktiki uğurlarının strateji baxımdan nə qədər doğru olub olmamasına yönəltmək istəyirəm.

Bir neçə gün öncə Rusiya ordusu 16 minə qədər canlı qüvvə itkisi verərək Avdeyevka qəsəbəsini işğal etdi . Bu kiçik qəsəbənin işğalını rus təbliğat maşını indiyə qədər böyük qələbə kimi təqdim etməkdədir. Ancaq strateq kimi burnundan uzağı görə bilməyən Putin anlamadı ki, o, bu uğuru ilə tələyə salınıb və qarşı tərəfin strateji üstünlüyünü təmin etməsinə əsas yaradıb.
Necə?

Putin bu kiçik uğuru o zaman əldə etdi ki, istədiyi miqdarda silah- sursat, maliyyə yardımı almağa çalışan Ukrayna öz istəyini Qərbə daha çox təkid və xahişlə çatdırırdı. Həm də bu sahədə ciddi çətinliklər yaranmışdı. Avdeyevkanı ruslara təslim etməklə isə Zelenski özünü əsil strateq kimi göstərdi və birdən- birə Qərbi, xüsusi ilə də Avropanı Rusiya işğalı qorxusu ilə panik vəziyyətə saldı. Ukrayna “əgər tezliklə bizə lazım olanları verməsəniz ruslar müdafiə xəttini yarıb irəliləyəcəklər və Avropa da Putinnin orduları ilə üz- üzə qalmalı olacaq” təhdidi ilə Qərbə doğru səsləndi. Plan işə yaradı və Avropa siyasi elitasına elə bir vəlvələ düşdü ki, hətta Makaron Avropa ölkələrinin liderlərini Ukraynaya hərbi yardım göstərmək üçün Yelisey sarayında topladı və özü idə ən radikal mövqedən çıxış edərək Kiyevə birbaşa ordu göndərmək təklifi ilə çıxış etdi

Düzdür birbaşa ordu göndərmək təklifi keçməsə də, toplantıdan iki vacib, strateji əhəmiyyətli nəticə çıxdı. Birinci döyüş üçün lazım olan hərbi sursatları yanaşı Ukraynaya həm də orta və uzaq mənzilli raketlərin verilməsi, ikincisi də Rusiyanın qalib gəlməsi Avropa təhlükəsizlik arxitekturasını dağıdar, bu səbəbdən də Qərbin təhlükəsizlik təminatı Ukraynanın qələbəsinə bağlıdır kimi mühüm ortaq qənaəti hasil oldu. Bu da bir Avdeyevkanı verməklə Zelenskinin necə böyük bir uduş əldə etdiyini göstərir. Strateji ağıl budur. Bu gedişlə o, eyni zamanda ABŞ-da Tramp hakimiyyətə gələcəyi təqdirdə Avropanın dəstəyi hesabına Ukraynanaya lazım olan dəstəyi indidən qarantiya altına almış oldu. Əlavə edək ki, bu da Azərbaycan hakimiyyəti üçün pis xəbərdir, ona görə də otrub Trampın gələcəyi və Rusiyanın Ukraynada bəlkə uğur qazanacağı ümid ilə bəzi lazım olan addımları gecikdirməyin də bir mənası yoxdur.

Okeanın o biri tərəfində isə ABŞ Konqresində Ukraynaya 60 milyard dollarlıq yardımı gecikdirən respublikaçılara təzyiq etmək üçün Baydenin əlinə gözəl fürsət düşdü.
Müdafiə naziri Ostin respublikaçıları az qala şantaj edərək Ukrayna uduzssa NATO özü Rusiya ilə döyüşməli olacaq deyib məsələni bir qədər də irəli götürdü. Böyük ehtimalla bu təzyiqlər qarşısında yaxın zamanlarda Konqresdə respublikaçıların müqaviməti qırılacaq və Ukrayna yardım layihəsi qəbul ediləcək.

Və bu da o demək olacaq ki, Ukrayna bir Avdeyevkanı verməklə bütövlükdə işğalçı rus ordusu üzərundə üstünlük qazanmaq üçün lazım olan hərbi və maliyyə yardımına çıxış təmin etmiş oldu. Strateji məharət və yanaşa da məhz budur.
Navalnını öldürməkdə də Putin eyni strateji səhvə yol vermiş oldu, yazı çox böyük olmasın deyə bunun nəticələrinə ayrıca toxunmuruq.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir