KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Qaqauziya niyə Rusiyadan yardım istədi?

Kamal Aliyev: Qaqauziya niyə Rusiyadan yardım istədi?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
40 0

Qərb və Rusiya qarşıdurmasının növbəti destinasiyasının Moldova olacagını proqnozlaşdırmaq olar.Daha dogrusu,Moldova Respublikası Qaqauziya Muxtar Ərazi Qurumunun rəhbəri Yevgeniya Qutsul və muxtariyyətin parlament sədri Dmiyri Konstantinov Moskvada Rusiya parlamentinin yuxarı palatası-Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdən Moskvadan yardım istəyiblər.
Üzun illərdir ki,Qaqauziya Muxtar Ərazi Qurumu və mərkəzi hökumət-Moldova arasında ciddi problemlər yaşanmaqdadır.Maraqlıdır ki,Rusiyanın dəstəklədiyi separatçı Dnestiryanı bölgə də Rusiyadan təhlükəsizlik zəmanəti istəyib.
Moldovadakı qərbyönümlü Hərəkat və Həmrəylik partiyası(PAS) və qaqauzlar arasında dərin problemlər yaşançaqdadır.Hətta rəsmi Kişinyov Qaqauziyanın muxtariyyətinin aradan qaldırılmasını istəyir.Etnik qaqauzlar isə özünüidarəetmə hüququndan imtina etməyəcəklərini və Kişinyovun siyasi və iqtisadi təzyiqlərinə təslim olmayacaqlarını bəyan edirlər.
Rusiya isə öz növbəsində Qaqauz Muxtar Ərazi Qurumuna sahib çıxmaqla,əslində etnik türk və xristian olan qaqauzların üzərindən Qərbyönümlü Moldova hökumətinə təzyiq edir.Görünür,Moskva üçün Dnestryani bölgədən sonra Qaqauziya da strateji əhəmiyyət kəsb edir.
Digər bir maraqlı məqam isə budur ki,qaqauzlar təhlükəsizlik zəmanətini və siyasi dəstəyi Türkiyədən yox,məhz Rusiyadan istəyirlər.Hərçənd ki,Türkiyə və Qaqauziya Muxtar Ərazi Qurumu ilə sıx əlaqələri mövcuddur.Mümkündür ki,Türkiyənin NATO üzvü olması,ölkə prezidenti Rəcəb Tayyib Ərdoganın üzdə anti-Qərbə,pərdə arxasında Qərbə yaxın olması qaqauzlarda şübhə yaradıb.
Rusiya bu minvalla Dnestryani separatçılarından sonra bu dəfə də Qaqauziyaya əl atdı.Moskva üçün Qaqauziya bölgəsi mühüm strateji əhəmiyyət daşıyır.Üstəlik,rusların gözü nəyin bahasına olursa-olsun Ukraynanın Qara dəniz limanı Odessanı ələ keçirməklə Dnestiryani bölgəni özünə birləşdirməkdir.Belə oldugu təqdirdə,Moskva Qaqauziya ərazisini də öz nəzarəti altına almış olacaq.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir