KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Rusiya Ermənistana “bir çöp də” verməyəcək

Kənan Novruzov: Rusiya Ermənistana “bir çöp də” verməyəcək

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
115 0

– Val çevrilir

ABŞ-ın Müharibə Araşdırmaları İnstitundan bildirilib ki, Rusiya Ermənistan üçün nəzərdə tutduğu silahları bu dövlətə verməyəcək. Qeyd olunub ki, həmin silahların Ukraynaya verilməsi nəzərdə tutulur.
Bundan əvvəl Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının ləğv oluna biləcəyi iddia edilmişdi.
Məlum olduğu kimi, İrəvanla Moskva arasındakı münasibətlər pisləşən xətlə davam edir. Bunun əsas səbəbi ABŞ-la Ermənistan arasında artan təmaslardır. İrəvan vaxtı ilə Moskvanı Vaşinqtonla dəyişməyə çalışır. Bu isə Kremli qıcıqlandırır.
Rusiya başa düşür ki, daha Ermənistanı dəstəkləməyə, silahlandırmağa ehtiyac yoxdur. Bunun iki səbəbi var. Birincisi, Rusiyanın əvvəllər Ermənistanı silahlandırmasının səbəbi regiondakı gərginliyi qorumaqla özünün buradakı təsir gücünü saxlamaq idi. Amma daha buna ehtiyac yoxdur. Çünki Azərbaycanın səyləri nəticəsində bölgədəki münaqişə artıq tarix oldu. Moskva Bakının yaratdığı bu reallığı anlayır.
İkincisi, Rusiya görür ki, Ermənistan artıq ABŞ-ın “çətiri altına” keçir. Bu isə o deməkdir ki, daha İrəvanı silahlandırmaq mənasızdır. Çünki Ermənistan Rusiyanın maraqlarını təmin etmir.
Ən vacib məsələlərdən biri budur ki, İndi Rusiyanın silaha ehtiyacı var. Odur ki, rəsmi Moskva artıq prioritetlərini müəyyənləşdirməlidir. Və, şübhəsiz ki, indi Kreml üçün prioritet Ukraynadır.
Bu baxımdan, ABŞ İnstitunun iddiaları həqiqətə uyğun ola bilər. Qoy, bir az da Qərb Ermənistanın “nazı ilə oynasın”.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir