KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kənan Novruzov: ABŞ İranı “bataqlığa” salmağa çalışır

Kənan Novruzov: ABŞ İranı “bataqlığa” salmağa çalışır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
129 0

ABŞ İran və “Hizbullah”a xəbərdarlıq edib. Bu barədə Ağ Ev-dən bildirilib. Qeyd olunub ki, sözügedən güclər İsrailə qarşı hücuma başlayarsauujbk, ABŞ hərbi müdaxiləyə hazır olacaq.
Məlum olduğu kimi, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini söyləyib və ölkəsinin qələbə qazanacağını vurğulayıb.
Əvvəl də dediyimiz kimi, Yaxın Şərqdəki durum əslində göründüyündən daha gərgindir. Müharibə getdikcə daha idarəolunmaz vəziyyətə düşür. Məsələ ondan ibarətdir ki, davam edən savaşda iki tərəf – HƏMAS və İsrail iştirak etsə də, əslində prosesdə maraqlı olan daha böyük güclər var. ABŞ, İran, Rusiya və hətta Türkiyənin Yaxın Şərqlə bağlı öz prioritetləri var.
Yaxın Şərqdə baş verənlər dünyada baş verən geosiyasi proseslərin bir hissəsidir. Yəni Yaxın Şərqdəki durumu qlobal xaosdan kənar düşünmək olmaz. Ayrı-ayrı bölgələrdə baş verənlər, şübhəsiz ki, bir-biri ilə sıx bağlı proseslərdir.
Dünyada münaqişələr artdıqca qütbləşmə də güclənir. “Dirijor”lar artıq “rənglərini göstərməyə başlayırlar”. ABŞ da bu qəbildəndir.
Xatırlatmaq yerinə düşər ki, Şərqi Avropada davam edən müharibənin ilk vaxtlarında ABŞ Ukraynaya yaxından dəstək vermirdi. Daha doğrusu, elə fon yaradılırdı ki, guya Rusiya ilə döyüşən təkcə Ukraynadır. Bir müddətdən sonra isə ABŞ proseslərdəki iştirakını gizlədə bilmədi. Etiraf etmək lazımdır ki, bu gün Vaşinqton Şərqi Avropada ən həlledici aktordur. Bir müddətdən sonra eyni ssenarinin Yaxın Şərqdə də təkrarlanması qətiyyən istisna deyil.
Nəzərə almaq lazımdır ki, Yaxın Şərqdəki proseslərdə ən çox maraqlı olan güclərdən biri rəsmi Vaşinqtondur. ABŞ-ın iki əsas məqsədi var. Bunlardan birincisi, ərəb dünyasının zəiflədilməsi, ikincisi isə Rusiyanın bölgədəki təsirinin azaldılmasıdır. ABŞ bu hədəfləri üçün hərbi gücdən də istifadə etməyə çəkinməyəcək. Fikrimizcə, hazırda bundan ötrü alibinin yaradılması prosesi gedir.
Əslində “Hizbullah” artıq müharibəyə qoşulub. İsrail müdafiə ordusu ilə “Hizbullah” arasında döyüşlər başlayıb. İran birbaşa savaşa qoşulmaq üçün tələsməyəcək. Təmkinli davranmağa çalışacaq. ABŞ isə Tehranı yeni “bataqlığa” salmaq üçün mümkün olan hər şeyi edəcək.
Beləliklə, ABŞ üçüncü dünya müharibəsinin faktiki olaraq elan olunması üçün əlindən gələn hər şeyi edir.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir