KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Blinken Türkiyədə soyuq qarşılandı

Hasan Oktay: Blinken Türkiyədə soyuq qarşılandı

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
109 0

Blinken Türkiyədə soyuq qarşılandı

ABŞ Dövlət katibi hava limanında olarkən işıqlar söndürülüb

Türkiyənin prioriteti Qəzzada müharibəni dayandırmaq və girovları azad etməkdir

ABŞ-nin dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşmək üçün Ankaraya səfər edib.
ABŞ Dövlət katibi Antoni Blinkenin Ankaraya səfəri Türkiyə mətbuatında çox geniş müzakirə olunan mövzuya çevrilib.
Yaxın Şərqdə baş verən silahlı toqquşmaya müxtəlif mövqelərdən yanaşan Ankara ilə Vaşinqton arasında ciddi ziddiyyət yaranıb. Bu səbəbdən ABŞ rəsmisi Ankara hava limanında olduqca soyuq qarşılanıb. Hava limanında A.Blinkeni Ankara şəhər valisinin müavini qarşılayıb. Bununla yanaşı, hava limanının işıqları söndürülüb və zəif işıqların fonunda ABŞ-nin Türkiyədəki səfiri A.Blinkenə çıxışın yolunu göstərib.
Türkiyə mətbuatı yazır ki, A.Blinken “layiq olduğu formada” qarşılanıb.
Fidanla Blinken arasında baş tutan rəsmi danışıqlarda Qəzzadakı vəziyyət, regional məsələlər və ikitərəfli münasibətlər müzakirə edilib. Türkiyə xarici işlər naziri Fələstin-İsrail nizamlanması ilə bağlı Ankaranın 4 təklifini Blinkenə təqdim edib. Təkliflər dərhal atəşkəsin elan edilməsi, münaqişənin regiona yayılmasının qarşısının alınması, qarant ölkələrin formulu və humanitar yardımdır. Qeyd edək ki, Blinken və nümayəndə heyəti Ankaraya gecə saatlarında hərbi-nəqliyyat təyyarəsi ilə gəliblər. Vurğulanıb ki, Türkiyə və ABŞ Qəzzada mülki şəxslərin hədəf alınmaması, humanitar yardım dəhlizi və ikidövlətli həll məsələlərində həmfikirdir. Qeyd olunub ki, görüşdə xarici işlər naziri Fidan amerikalı həmkarı Blinkenə İsrailin Qəzzada insanların köçməyə məcbur edilməsinin qarşısının alınmalı və dərhal atəşkəsin elan edilməli olduğunu vurğulayıb. İkidövlətli həll üçün birgə çalışmağın zəruriliyi də diqqətə çatdırılıb. Xarici işlər naziri Fidan Qəzzada mülki hədəflərin bombalanmasının və infrastrukturun məhv edilməsinin qəbuledilməz olduğuna diqqət çəkib.
Türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay “Sherg.az”a deyib ki, ABŞ dövlət katibi Antoni Blinken 7 oktyabrda İsrailin HƏMAS-a hücumu ilə başlayan münaqişəni dayandırmaq üçün böyük diplomatik kampaniya aparır. Professor vurğulayıb ki, Türkiyənin prioriteti də müharibəni dayandırmaq və girovları azad etməkdir:

“Amerikanın prioriteti məhz bu məqamlar üzərində cəmləşir. O baxımdan Türkiyə ilə Amerikanın məsələyə baxışları fərqli olsa da, bu məsələdə razılığa gəlmək ehtimalı yüksəkdir. Tərəflərin fikir ayrılığına səbəb HƏMAS terror təşkilatının cihadçı qrup olub-olmamasıdır. Aydındır ki, həm Türkiyə, həm də Amerika bu müharibənin genişlənmə ehtimalından ehtiyatlanır. Amma İran və Hizbullahın açıqlamaları müharibənin genişlənmə ehtimalını ortaya qoyduğundan həm Amerika, həm də Türkiyə bu məsələdə ciddi fəaliyyət göstərir. Müharibənin genişlənməsindən ən çox Türkiyənin zərər çəkəcəyi ehtimalı olduğundan, Ankara sülhə nail olmaq üçün əlindən gələni etmək istəyir. Hazırda görüləcək ən vacib iş münaqişənin daha da alovlanmasının və genişlənməsinin qarşısını almaqdır”.
H.Oktay vurğulayıb ki, rəsmilərin görüşlərində HƏMAS-ı bu hərəkətə kimin sövq etdiyi və Türkiyə-İsrail münasibətlərindən kimin narahat olduğu müzakirə edilməlidir: “BMT-nin 78-ci toplantısında R.T.Ərdoğanın Nyu-Yorkda Benyamin Netanyahu ilə görüşməsi, Türkiyə-İsrail münasibətlərinin yaxşılaşma həddinə çatması, hətta Netanyahunın bugünlərdə Türkiyəyə səfər etməsi beynəlxalq sistemdə ciddi narahatlıq yaratdı. HƏMAS-a təsir edən dövlətlərin İran və Rusiyanın bu əməliyyatı həyata keçirmə ehtimalı yüksəkdir. Ona görə də Türkiyə HƏMAS-ın terror təşkilatı olub-olmamasından daha çox, kimin bu hərəkətə gətirib çıxardığını öyrənməli və Amerika ilə bu barədə danışıqlar aparmalıdır. Bölgə ilə bağlı çoxlu problemlər olsa da, onları həll edəcək iki səlahiyyətli dövlət – Türkiyə və ABŞ-dir. O baxımdan rəsmilərin Ankarada bir araya gəlməsi vacibdir”.
İsmayıl Qocayev
https://sherg.az/gundem/242033

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir