KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. İlqar Gülablı: İran hakimiyyətinin çıxış yolu

İlqar Gülablı: İran hakimiyyətinin çıxış yolu

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
158 0

Bir neçə aydır ki, İranda dövlət əleyhinə kütləvi aksiyalar keçirilir. Yüzlərlə adam hakimiyyət tərəfindən həbs edilməsinə və öldürülməsinə baxmayaraq aksiyalar səngimir. Jina (kürdcə həyat bəxş edən qadın) ləqəbli kürdcə şeirlər yazan Məhsa Əmini adlı kürd əsilli gənc qadın Tehranda əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra müəmmalı şəkildə ölüb. Bundan sonra bütün ölkə ayağa qalxıb. 300-dən çox şəhərdə artıq hökumət nəzarəti demək olar ki, itirib. Belə gedərsə İranda yeni inqilab olacaq. Amma bu hərəkat etnik və dini münaqişəyə çevrilir. Rejim tərəfdarlarıda az deyil. Bir tərəfdə rejim tərəfdarları ilə əleyhdarları, bir tərəfdən sünni-şiə və farslarla, qeyri-farslar arasında ciddi münaqişə var. Əgər belə davam edərsə vətəndaş müharibəsi olacaq. Buda İranın parçalanmasına, hətta bir dövlət kimi dünya xəritəsindən silinməsinə səbəb ola bilər. Bəs İran hakimiyyətinin çıxış yolu varmı? Bəli əlbəttə var. Bir zamanlar az qala bütün Avropanı Katolik kilsəsi və onun başında duran Roma papası idarə edirdi. Protestant kilsəsinin meydana gəlməsi ilə Avropa ölkələrində milli-dünyəvi dövlətlər yarandı. Və papanın hakimiyyəti xeyli zəiflədi. Daha sonra katolik ölkələrindədə milli-dünyəvi dövlətlər yarandı. Papa sadəcə İtaliyada hakimiyyətdə idi. İtaliya o dövrdə Avstriya-Macarıstan İmperiyasından asılı şəhər dövlətlərindən ibarət idi. Bu vaxtı vətənpərvər italyanlar Cüzeppe Qaribaldenin başçılığı ilə “Gənc İtaliya Hərəkatını” yaradıb bütün İtaliyanı vahid dövlətdə birləşdirib Avstriya-Macarıstan İmperiyasının hakimiyyətinə son qoymuş və müstəqil İtaliya Krallığını yaratmışdılar. İtaliya Krallığı Romanı ələ keçirib papanın siyasi hakimiyyətinə son qoyur. Ancaq papa hakimiyyəti tam ləğv edilmir. Roma şəhərinin Vatikan qəsəbəsi papaya verilir. Papa Vatikanda öz hakimiyyətini qoruyur. Hazırda dünya katoliklərinin mənəvi lideri papa sadəcə Vatikanda hakimiyyətdədir. Və heç bir ölkənin daxili işlərinə qarışmır, sadəcə dünya katoliklərinin mənəvi lideridir. Düşünürəm ki, eyni sistem İrandada tətbiq edilməlidir. Məsələn Vəliyyi-Fəqih hakimiyyəti Qum şəhərinə köçməli və İİR qanunları sadəcə oraya aid olmalıdır. Qum şəhəri özü ayrıca bir dövlət olmalı, adıda “Qum İslam Dövləti” olmalıdır. Vəliyyi-Fəqihdə oraya köçüb oranı idarə etməli və dünya şiələrinin mənəvi lideri olmalıdır. İranın digər ərazilərindədə referendum keçirilməlidir. İran Demokratik Respublikası qurulmalıdır. Və İran demokratik və dünyəvi dövlət olmalı, etnik qrupların hüquqlarını qorumalıdır.

İlqar Gülablı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir