KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Qırmızı təxribat”ın detalları: BQXK-nı Rusiya ilə Fransa yönəldir?

Hasan Oktay: Qırmızı təxribat”ın detalları: BQXK-nı Rusiya ilə Fransa yönəldir?

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
151 0

Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb. Müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıblar. Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.

Məsələyə münasibət bildirən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Publika.az-a açıqlamasında deyib ki, 44 günlük müharibədən sonra Ermənistan, Azərbaycan və Rusiyanın imzaladığı sazişin regiondakı problemlərin həlli üçün yetərli olmadığını bu gün də görürük.
Onun sözlərinə görə, Qarabağ məsələsi üçün Türkiyə və Ermənistan da dörd görüş keçirib, lakin hələ də nəticə yoxdur:

“Dəfələrlə Rusiya və ABŞ-da Azərbaycan-Ermənistan arasında sülh danışıqları aparılsa da, regionda olan problemlər hələ də həllini tapmayıb”.

Politoloq vurğulayıb ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra problem artıq başqa müstəviyə keçib:

“Bu məsələ artıq Rusiya ilə Azərbaycan arasında problemə çevrildi. Qarabağda yaşayan ermənilər gələcəkləri ilə bağlı qərar qəbuletmə mərhələsini gözləyənə qədər Rusiya tərəfindən istismar edildilər. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) erməni xalqına yardım etmək adı altında öz səlahiyyətlərindən sui-istifadə edərək faktiki qaçaqmalçılıq fəaliyyəti göstərib.

Bu isə Azərbaycan qanunlarına ziddir. Hazırda Fransa və Rusiya BQXK vasitəsilə regionda gərginlik yaratmaqla beynəlxalq problem yaratmağa çalışırlar. Çünki təşkilat dünya tərəfindən tanınır və bu, “problemi” dünyaya çatdırmaq üçün onların əlində ən alternativ variantdır. Təşkilatın bu hərəkəti şüurlu şəkildə edilib. Məqsəd Azərbaycanı beynəlxalq aləmdə günahkar kimi qələmə verməkdir”.

Aysel Şahmar
https://publika.az/news/nida_tehlil/461969.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir