KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Zelenski Baydenlə görüşür: Ukraynaya silah tədarükü artırılacaq

Kənan Novruzov: Zelenski Baydenlə görüşür: Ukraynaya silah tədarükü artırılacaq

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
150 0

Bu gün Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə görüşəcək. Tərəflərin NATO-nun Vilnüsdə keçirilən sammiti çərçivəsində bir araya gələcəkləri gözlənilir.
Bu, müharibə başlayandan bəri dövlət başçılarının növbəti görüşü olacaq. Daha əvvəl Zelenski ABŞ-a səfər etmişdi.
Məlumdur ki, Qərb, o cümlədən rəsmi Vaşinqton müharibədə fəal iştirak edir. Bunu Ağ Ev özü də gizlətmir. Prezident Cozef Bayden və digər rəsmilər dəfələrlə bildiriblər ki, Rusiyanın işğalçı müharibəsi ilə bağlı olaraq Ukraynaya dəstək verilməlidir.
Bu günkü görüşdə müzakirə olunacaq əsas məsələlərdən biri, yəqin ki, Ukraynaya silah tədarükü olacaq. Kasetli sursatların Ukraynaya tədarük tarixinə dair razılığın əldə olunması mümkündür. Həmçinin, çox güman, silah tədarükünün artırılması haqqında da razılıq olacaq.
Məsələ burasındadır ki, Qərb Ukraynadakı əks-hücum əməliyyatlarının sürətindən narazıdır. Bunu rəsmi Kiyev özü də etiraf edir. Amma səslənən bəyanatların nə qədər səmimi olması sual altındadır. Əslində Ukrayna cəmi bir aydır davam edən əks-hücum əməliyyatları nəticəsində kifayət qədər uğur qazanıb. Ola bilsin ki, ABŞ və müttəfiqləri sadəcə Ukraynaya silah tədarükünü artırmaqdan ötrü yol axtarırlar. Və əsaslandırmaq istəyirlər ki, sürətlənən silah tədarükü, o cümlədən kasetli sursatların təhvil verilməsi məhz bu məqsədlidir, zəruridir.
Eyni zamanda görüşdə F-16 qırıcı təyyarələrinin də Ukraynaya təhvil verilməsinə dair fikir mübadiləsi aparılması mümkündür. Çox güman, müvafiq təlimlərdən sonra həmin qırıcılar az sayda olsa belə, Ukraynaya tədarük ediləcək.
Ümumiyyətlə, tərəflər Rusiyanı məğlub etməyin yolları barədə danışacaqlar. Hərçənd bu məsələdə Ukrayna ilə ABŞ-ın mövqələri tam üst-üstə düşmür. Artıq Zelenski özü də başa düşür ki, ölkəsi xeyli dərəcədə Qərbdən asılı vəziyyətdədir.
Liderlərin görüşünün nəticələsinin müharibənin gedişatına təsir edəcəyi şübhəsizdir.
Əlbəttə, Zelenski Baydenin təmasları həm də ABŞ-ın Ukraynanın arxasında olduğuna dair konkret mesajdır.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir