KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Fransa Afrikada Türkiyəyə uduzur: bölgəni tərk edəcək

Hasan Oktay: Fransa Afrikada Türkiyəyə uduzur: bölgəni tərk edəcək

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
198 0

Afrikada Türkiyənin güclənməsi Fransanı ciddi şəkildə narahat edir. Afrikanın şimalı illərdir Osmanlı İmperatorluğu və türklər tərəfindən idarə olunurdu. Osmanlılar bölgədən çəkildikdən sonra ingilislərin, fransızların, amerikalıların, indi isə çinlilərin ərazisinə çevrilib. Afrikanın müsəlman xalqında ingilislərə, fransızlara və çinlilərə qarşı aqressiya mövcuddur. Yerli əhalinin keçmişə əsaslanan yaxşı idarəçiliyə görə bu gün türk hakimiyyətindən dəstək gözləntisi var. Bu nöqtədə Türkiyə və Fransa ciddi rəqabətdədir. Türkiyə bu rəqabətdən yumşaq güc adı altında sahədə təsirli olmaq üçün istifadə edir. Fransa isə müstəmləkə ərazilərini itirmək istəmir. Türkiyənin Afrika əhalisinə göstərdiyi maddi və mənəvi eləcə də humanitar yardımlar əhalini sevindirsə də, Fransa hökumətini hiddətləndirir.

Məsələ ilə bağlı “MediaPost“a açıqlama verən türkiyəli politoloq Hasan Oktay bildirib ki, Fransanın Afrikaya dair öz maraqları var. Onun fikrincə, Türkiyənin Afrikada səfirlik açması, təmənnasız və qrant yardımlar etməsi istər-istəməz Fransanı narahat edir:

alt text

“Bir çox Afrika ölkəsində Türkiyə və Fransa rəqabətdədir. Bu səbədən də Fransa indi yavaş-yavaş Afrikanı tərk etməklə üzləşir. Fransanın tərk etdiyi ərazilərdə Rusiya, Türkiyə və Çin arasındakı rəqabət ön plana çıxmağa başlayır. Fransa hakimiyyətinin növbəti propaqanda siyasətində həqiqəti əks etdirməyən ifadələr yer almaqdadır. Guya Türkiyə hakimiyyəti Afrikadakı müsəlmanlara kömək etməklə, yerli əhali arasında xristianların haqlarını sıxışdırır. Bununla da Türkiyənin Afrikadakı nüfuzunu qırmağa çalışırlar. Osmanlı dövründən qalan gözləntilər və buna əks mövqe ilə çıxış edən Fransanın sərt tədbirləri Afrika xalqını çıxılmaz vəziyyətə salıb”.

Zərifə Səfərova

Mediapost.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir