KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Ukrayna geri mi çəkiliyor

Kənan Novruzov: Ukrayna geri mi çəkiliyor

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
136 0

Kənan Novruzov: Ukrayna geri çəkilir?- Bu, o deməkdir ki…

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu yazıb ki, Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarını müvəqqəti olaraq dayandıra bilər.
Analitiklərin fikrincə, məqsəd Ukrayna ordusunun gələcək əməliyyatları üçün taktikaları yenidən nəzərdən keçirməkdir: Ukrayna hələ də mövcud qüvvələrinin əksəriyyətini əks-hücum əməliyyatlarına cəlb etməyib. Ümumiyyətlə, Ukrayna hələ bütün imkanları ilə əks-hücuma başlamayıb. Ehtimal edilən fasilə Ukraynanın əks-hücumunun başa çatması demək deyil”.
Məlum olduğu kimi, Ukrayna Silahlı Qüvvələri artıq əks hücuma başlayıb. Rusiya Prezidenti Vladimir Putin də bunu etiraf edib.
Əks-hücum əməliyyatları Ukraynanın işğal altındakı bir çox yaşayış məntəqələri azad edilib.
Mövcud mənzərə onu deməyə əsas verir ki, Ukrayna ordusunun əks-hücum əməliyyatları uğurlu alınır. Qoşunlar eyni vaxtda bir neçə istiqamətdə həmlələri davam etdirirlər. Ukraynanın müharibə nəticəsində işğal altına düşmüş əraziləri qarış-qarış azad edilməklə yanaşı, eyni zamanda Rusiya ilə sərhəddə kəşfiyyat əməliyyatları aparılır, Krım yarımadasında PUA-larla xüsusi əməliyyat keçirilir. Bundan başqa, düşünürəm ki, Moskvaya PUA hücumları da davam edən əks-hücum əməliyyatlarının tərkib hissəsidir.
ABŞ İnstitunun iddia etdiyi kimi, əks-hücum əməliyyatlarının müvəqqəti dayandırılması mümkündür. Bu, qruplaşma və yenidən toplarlanmaq üçün əhəmiyyətlidir. Ümumiyyətlə, genişmiqyaslı müharibələrdə bu cür əməliyyat fasilələri mümkündür.
Amerikalı analitiklərin dedikləri kimi, əgər əks-hücum əməliyyatlarına fasilə verilərsə, yəqin ki, bu aradan sonra Ukrayna müdafiə qüvvələri daha ciddi addımlar atacaqlar. ABŞ-ın F-16 qırıcı təyyarələrini Ukraynaya təhvil verməsi gözlənilir. İstisna deyil ki, Ukraynanın əks-hücum əməliyyatlarının ikinci, daha ciddi mərhələsi məhz F-16-ların istifadəsi ilə müşahidə olunacaq.
Bundan başqa, Ukrayna müdafiə nazirinin Vladimir Qavrilov daha əvvəl demişdi ki, qələbə üçün uzaqmənzilli silahlara ehtiyac var. Mümkündür ki, əməliyyat fasiləsi müddətində Ukrayna həmin texnikaların tədarükünə çalışacaq.
Əlbəttə, ehtimal olunan əməliyyat fasiləsi əks-hücumların tamamilə dayandırılması və ya müdafiə qabiliyyətinin zəifləməsi kimi başa düşülməməlidir. Sadəcə olaraq əks-hücum əməliyyatlarının intensivliyi aşağı düşə bilər. Çünki Ukrayna azad etdiyi ərazilərin yenidən işğal altına düşməsinə imkan verməməlidir.
Düşünürəm ki, hazırda davam əməliyyatlar bir növ yoxlanış xarakterlidir. Daha genişmiqyaslı əks-hücum əməliyyatları isə hələ qarşıdadır. Bu, müharibənin miqyasının genişlənməsinə səbəb ola bilər.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir