KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Asif Nerimanlı: Paşinyan Azerbaycan toprak bütünlüğünü neden tanıdı

Asif Nerimanlı: Paşinyan Azerbaycan toprak bütünlüğünü neden tanıdı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
158 0

Əliyev və Paşinyanın gündəliyi bəlli olan Brüssel görüşündən gözləntilər böyük olmasa da, İrəvanın qarşısında yeni tələblərin qoyula biləcəyi də istisna deyil. Bu, sülh sazişi üzrə niyyət protokolunun, yaxud bəyannamənin imzalanması ola bilər.

Kiçik ehtimaldır, lakin müəyyən məqamlar diqqəti bu gözləntiyə çəkir:

– Prezident İlham Əliyev görüşdən öncə bəyan etdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə tanıyıb, lakin bu, kağız üzərinə də keçməlidir;
– İndiyə qədər tərəflərin imzaladığı yeganə sənəd Rusiyanın vasitəçiliyi ilə baş tutub, hərçənd, son illər Qərb vasitəçilikdə daha aktualdır, xüsusilə Brüssel formatı artıq ənənəyə çevrilib: Avropa İttifaqı artıq prosesin rəsmi formada sənədləşməsini istəyə bilər, bu həm konkret nəticələrin əldə edilməsi, həm də Rusiyaya qarşı alternativ platformanın gücləndirilməsi baxımından lazımlıdır;

Əliyevin üçtərəfli danışıqlardan öncə Brüsselə səfəri və Şarl Mişellə 3 saat davam edən görüşü də bu kontekstdə diqqət çəkir. Üçtərəfli danışıqların yeni mərhələyə daşınması üzərində müzakirələr aparıldığı ehtimalı istisna deyil.

Ermənistanın razılaşmayacağı aydındır, Xankəndində separatçıların təşkil etdiyi mitinq də buna hesablanıb. Paşinyan “Bakı-Xankəndi formatı”, “beynəlxalq mexanizm” kimi məsələlər üzərində dayanacaq, Laçın postunun açılmasında israr edəcək. Xankəndindəki aksiya ona “ermənilər reinteqrasiya etmək istəmir”, “Laçın postunun açılması tələbi var” demək imkanı yaradır. Bu baxımdan, aksiyanın Ermənistan hakimiyyətinin sifarişi olduğunu deyə bilərik və gün ərzində bu fikri gücləndirən məqamlar da ortaya çıxdı.

1. Separatçıların mitinqində sülhməramlılar, BQXK ittiham edilsə də, Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Nikol Paşinyanın əleyhinə heç nə deyilmədi;
2. Mitinqdə əsas fikirlər Laçın postunun açılması, yüklərin keçidinə icazənin verilməsi oldu;
3. Eyni tələblə BQXK-nın İrəvandakı ofisinin önündə də aksiya təşkil edildi və iştirakçılar müxalifət yox, “ictimi fəallar” idi;

Aydın görünür ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə tanısa da, bunun kağız üzərində rəsmiləşməsinə qarşıdır. Bu situasiya regiona hərbi gərginlik vəd edir.

Asif Nerimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir