KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Putinin gücü

Fuad Gahramanlı: Putinin gücü

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
69 0

Onu necə çökdürməli?

Putin təkcə xarici imperialist deyil, o həm də avtoritar rejim rəhbərləri üçün siyasi və mənəvi bir ehtiyacdır. Öz xalqını əzən, onun azadlıq demokratiyaya yolunu öz hakimiyyət ehtirası ilə kəsən, ölkəsini istismar edib dövləti korrupsiya alətinə çevirən, gördüyü işlərə görə cəmiyyətə hesab vermək yerinə dediyi sözə, etdiyi etiraza görə hər kəsdən hesab sormağa çalışan, tarixdə necə qalacağını deyil, bu gün hakimiyyətdə nə qədər qalacağını düşünən diktatorlar üçün bir ehtiyacdır. Onlar üçün Putin kənar, yabançı, imperialist biri deyil, o, himayədarıdır, qəyyumdur, arxa-dayaqdır, gələcəyə, hakimiyyəti əldə saxlamağa əminlik deməkdir. Ona görə də Putin belə bir ölkədən getmək istəsə belə minnətçi düşüb onu saxlamağa, hələ biraz da qalmağını istərlər.

Çünki Putinsiz avtoritar rejimlər bu dünyadan baş açmaqda, qlobal proseslərin gedişatına uyğunlaşnaqda, yeni demokratik dəyərlərlə baş etməkdə çətinlik çəkərlər, öz xalqlarına arxayınlıqla yumruq silkələyə, rahatlıqla hüdudsuz zor tətbiq edə bilməzlər. Bu üzdən də onlar niyə Putinin çəkilib getməsini istəsinlər ki?

Putin həm də ona görə insanların əzildiyi, səslərinin boğulduğu, hüquq və azadlıqların tapdandığı hər yerdə var ki, özünü onun imperiyasına calaq etmiş avtoritar liderlər, diktatorlar onu sevir, ona biət edirlər. Bu gün Ukraynada məğlub olmaqda olan, zəifləmiş Putinin gücü bu gün həm də onun imperiyasından qopmaq istəməyən avtoritar rejimlərin rəhbərlərinin müasir dünyanın demokratiya, azadlıq kimi dəyərləri qarşıslnda duyduqları qorxu və vahimədədir. Ona görə də Putinizmin demontajı təkcə onun ordusunun məğlubiyyətiindın, iqtisadiyyatının zəifləməsindən deyil, həm də özünü ona münəccər etmiş avtoritar rejimlərin amputasiya edilməsindən keçir. Ona görə də qlobal miqyasda Putinə qarşı savaşın uğuru putinçilərə qarşı demokratiya mübarizəsinə verilən dəstəkdən keçir.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir