KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Nensi Pelosinin Ermənistana səfəri nəyə işarədir?

Kamal Aliyev: Nensi Pelosinin Ermənistana səfəri nəyə işarədir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
252 0

ABŞ Konqresinin Nümayəndələr palatasının spikeri Nensi Pelosi bu həftə Ermənistana səfər edəcək(politico).
Məlumata görə,Pelosi Ermənistanın baş naziri Nikol Paşinyan və başqa hökumət rəsmiləri ilə görüşəcək.N.Pelosini Ermənistana səfər müddətində Nümayəndələr Palatasının üzvü Cəki Spayer də müşahidə edəcək.
Azərbaycan-Ermənistan sərhədində baş verən son qanlı toqquşmaları nəzərə alsaq,Pelosinin Yerevana ziyarətini əsasən aspektdən şərh etmək olar…
1-ABŞ Nensi Pelosini Ermənistana göndərməklə demək istəyir ki,Gürcüstanla ysnaşı Ermənistan da Vaşinqtonun Cənubi Qafqaz geopolitikası üçün mühüm tərəfdaşdır.Bu,o deməkdir ki,Vaşinqton Nikol Paşinyan hökuməti ilə işləməkdə maraqlıdır və eyni zamanda Ermənistanı Rusiyanın təsir orbitindən çıxarmaga həvəs göstərir.Xüsusilə,Azərbaycan və Ermənistan arasındakı təmas xəttində son baş verənlər Vaşinqtonu ciddi narahat edir.Hətta ABŞ-ın Bakıdakı səfirliyinin təmas xəttində son baş verənlərə münasibətindən də belə başa düşmək olar ki,Bayden adminstrasiyası daha çox Azərbaycanı günahkar görür.Pelosinin səfərinə gəldikdə,mən bunu ermənilərə bir “moral”oldugu qənaətindəyəm.Bu,həm də o deməkdir ki,Ermənistan geosiyasi və geostrateji olaraq Vaşinqton üçün əhəmiyyətli ölkədir.Halbuki,ABŞ-ın geosiyasi və iqtisadi proyeksiyasında Azərbaycan həmişə mühüm tərəfdaş rolunu oynayıb.Ələlxüsus,ABŞ-ın Avropadakı tərəfdaşlarının Rusiya-Ukrayn müharibəsi kontekstində Azərbaycanın təbii qazına həmişəkindən daha çox ehtiyacı var.
2) Yeri gəlmişkən,dekabr ayında ABŞ Konqresinə seçkilər keçiriləcək.Nensi Pelosinin də təmsil olundugu Demokratlar Partiyasının nüfuzu xeyli zəifləyib(xüsusilə Ukrayna böhrsnı,infilyasiya,iqtisadi geriləmə-müəllif) və gözlənilir ki,respubilkaçılar həm Nümayəndələr Palatasında,həm də Senatdakı yerlərin əksəriyyətinə yiyələnəcəklər.Üstəlik,ABŞ-da çox güclü erməni lobbisi və diasporu var.Mümkündür ki,Nensi Pelosi Ermənistan səfəri ölkəsindəki erməni diasporunun səslərini qazanmaga hesablanıb.Əslində,demokratlara Türkiyə-Yunanıstan arasındakı gərginlik də müəyyən qədər sərf edir.Çünki ABŞ-da güclu yunan lobbisi də var.Pelosi ola bilsin ki,Yunanıstana da baş çəksin.Ancaq düşünürəm ki,bütün bunlara baxmayaraq dekabrda Konqresə keçiriləcək seçkilərdə respublikaçılar həm Senatda,həm də Nümayəndələr Palatasında üstünlük əldə edəcəklər.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir