Şimdi yükleniyor

Hasan Oktay: Azərbaycan qazı Türkiyənin enerji xəritəsini tam dəyişdirəcək”

Azərbaycan qazı Türkiyənin enerji xəritəsini tam dəyişdirəcək” – Hasan Oktay açıqladı

“Azərbaycan ilə Türkiyə arasında imzalanmış 33 milyard kubmetrlik qaz tədarükü sazişi 2029-cu ildən qüvvəyə minəcək və 15 il müddətinə şamil olunacaq. Bu, Türkiyənin enerji strategiyasında yalnız bir kontrakt deyil, həm də strateji baxımdan oyun dəyişdirici addımdır”, – deyə Ankarada fəaliyyət göstərən Kafkasya Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri və qurucusu Hasan Oktay Xpress.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, bu sazişin təsirini üç əsas istiqamətdə qiymətləndirmək olar:
Enerji Təhlükəsizliyi:
“Türkiyənin illik təbii qaz istehlakı təxminən 50–60 milyard kubmetrdir. Bu müqavilə ilə ölkənin ehtiyacının böyük hissəsi ‘qardaş ölkə’dən təmin olunacaq. TANAP boru xətti vasitəsilə birbaşa gələn Azərbaycan qazı qlobal böhranlar zamanı ən təhlükəsiz təchizat kanalıdır. Eyni zamanda bu razılaşma Türkiyəyə digər tədarükçülərlə gələcək müqavilələrdə güclü mövqe qazandırır”, – deyə Oktay vurğulayıb.
Qiymət Sabitliyi və İqtisadi Təsir:
“15 illik uzunmüddətli müqavilə enerji xərclərini proqnozlaşdırıla bilən edir. Sabit və ya neft endeksli qiymətlər sənaye və ev təsərrüfatları üçün stabil şərait yaradır, valyuta çıxışını nəzarətdə saxlayır və inflyasiya ilə mübarizəyə dəstək olur”, – o əlavə edib.
Regional Enerji Mərkəzi Stratejiyası:
“Bu saziş Türkiyənin Avropa üçün regional enerji ‘köprüsü’ olmaq vizyonunu gücləndirir. Türkiyə ehtiyacdan artıq qazı və ya sistemə daxil olan qazın bir hissəsini Balkanlar və Avropaya ötürərək regional qiymət müəyyənedici (hub) rolunu oynaya bilər. TANAP-ın tam gücü ilə işləməsi isə nəqliyyat xərclərini azaldır və enerji infrastrukturunun səmərəliliyini artırır”, – deyə Oktay qeyd edib.
Nəticə:
“Bu strateji addım Türkiyənin enerji balansında ‘xarici asılılıq’ anlayışını ‘qarşılıqlı asılılıq və güvən’ modelinə çevirir. 2029-cu ildən qüvvəyə minməsi ilə Türkiyə yerli qazı (Sakarya Qaz Sahəsi) xarici tədarüklə birləşdirərək enerji xərclərini minimuma endirə biləcək”, – Hasan Oktay vurğulayıb.

Afaq Qurbanzadə
https://xpress.az/xeber/news-1767635075-ek5ehd

Yorum gönder