KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Fuad Gahramanlı: Rusiya Ermənistanı xəritədən silməklə hədələyir

Fuad Gahramanlı: Rusiya Ermənistanı xəritədən silməklə hədələyir

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
39 0

Bəs Azərbaycan Moskvanın bu planında yer alacaqmı?

Paşinyanın Ermənistanın KTM – də fəaliyyətini dondurması barədə məlum bəyanatı Rusiya ilə münasibətlərdə gərginliyi daha da artırıb. Rusiya prezidentinin sözçüsü Peskov onun bu bəyanatına münasibət bildirərək KTM nizamnaməsində belə bir prosedur nəzərdə tutulmadığını bildirməklə, əslində Moskvanın bu mövqeyi qəbul etməyəcəyi mesajını verdi. Ermənistan parlamentinin spikeri Alen Simoniyan isə Paşiniyanın bəyanatına dəstək verərək bir qədər də irəli gedib rusların bu ölkənin sərhədlərini və “Zvartnost” aeroportunu da tərk etməli olduğunu bildirdi. Ardınca da Paşiniyan yenidən mövzuya qayıdaraq KTM – yə nümayəndə göndərməmək, onun tədbirlərində iştirak etmək niyyətində olmadıqlarını deməklə Peskovun etiraz bildirdiyi dondurma məsələsində hər hər hansı qeyri müəyyənliyə yer qoymadı.

Çox keçmədi ki, Rusiya hakim dairələrinə bağlı Suslov iki ölkə arasında İrəvanda keçirilən ənənəvi forumda qeyri rəsmi qaydada Moskvanın adından Ermənistanı hədələyərək dedi ki, əgər İrəvan KTM- ni tərk edərsə, bu zaman Ermənistan Qərbi Azərbaycan olar. Bu faktiki olaraq Ermənistanı dövlət kimi xəritədən silmək anlamına gələn bir bəyanatdır. Ancaq Rusiya təmsilçisinin öz avantürist bəyanatına Azərbaycanı alət etməsinə sözgəlişi məsələ kimi də yanaşmaq doğru olmazdı. Belə çıxır ki, Moskva Ermənistanı Azərbaycan vasitəsi ilə təhdid etməklə öz hərbi nəzarət dairəsində saxlamağa çalışır. Təəssüf doğuran hal odur ki, rəsmi Bakı Rusiya təmsilçisinin ölkəmizin adını öz hədə bəyanatına daxil etməsini görməzdən gəldi.

Putin bu məsələdə aqressivləşdirən əsas məsələ Ermənistanın KTM də fəaliyyətini dondurmaq adı altında əslində Moskvanın hərbi nəzarətindən çıxmağa çalışmasıdır. Çünki fəaliyyəti dondurmaqla, üzvlükdən çıxmaq arasında praktiki olaraq elə bir fərq yoxdur və bundan sonra məsələnin formal tərəfi artıq heç bir əhəmiyyət daşımayacaq.
Bu məsələdə Moskvanın qorxusu təkcə Ermənistanla da bağlı deyil. Çünki Ermənistanın ardınca Cənubi Qafqazda mövqeyi güclənən Qərbin növbəti hədəfi Azərbaycanı da Moskvanın əlindən almaq olacağı şübhə doğurmur. Bu baxımdan Türkiyə ilə Qərb arasındakı son anlaşmalardan sonra Ankaranın Moskvanın regiondakı yerinə iddialı olması Putinin bu qorxularını xeyli gücləndirir. Ona görə də Kremldə hesab edirlər ki, Ermənistan əldən çıxsa, bundan sonra Türkiyə vasitəsilə ilə Azərbaycanda Moskvanın təsir dairəsindən qoparılacaq və bunun qarşısını almağa Rusiyanın gücü yetməyəcək .

Bu, o demək olacaq ki, Ukraynada ölüm dirim savaşı verib dirənən Rusiyanın Cənub cinahında Qərbin geosiyasi həmləsi nəticəsində müdafiə xətti yarılmış olacaq. Bu halda Cənubi Qafqazda uduzan Rusiyanın çox keçmədən Mərkəzi Asiyadakı mövqeləri ciddi şəkildə laxlamağa başlayacaq. Buna görə də Rusiya artıq açıq təhdid, hədə ritorikası ilə Ermənistana təzyiqləri artırmağa çalışır. Əgər Moskva Ermənistanı bu mövqeyindən daşındıra bilməsə, o zaman Rusiyanın qonşu ölkələr üzərində hərbi nəzarət mexanizmi olan KTM – də mərkəzdən qaçma meyilləri artacaq və Paşiniyanın yolu ilə getmək istəyənlər meydana çıxacaq. Və o zaman Putin Ermənistan kimi kiçik bir dövləti əldə saxlaya bilmədiyi halda birləşmiş Qərbə qarşı Ukrayna müharibəsində necə qalib gələcək sualına da cavab verməli olacaq. Ona görə də Moskva ilə İrəvan arasında indiki gərginlik ikitərəfli münasibətlər çərçivəsini aşaraq zəncirvari reaksiya ilə daha böyük geosiyasi nəticələr doğuracaq. Azərbaycanla sülh tərəfdarı olan Paşiniyana qarşı Bakının qəzəbinin səbəbi də, məhz, onun apardığı siyasətin Qərb regionda gücləndirib Rusiyanı zəiflətməsi ilə bağlıdır.

Göründüyü kimi Ermənistanla bağlı məsələ Rusiya üçün geostrateji əhəmiyyətli nəticələr doğura biləcəyindən Moskva hər şey etməyə çalışacaq ki, Paşiniyanı durdura bilsin. Son çarə kimi bu ölkədəki Rusiya ordusunun dəstəyi ilə hakimiyyət çevrilişi planlarına əl atılmağı da istisna olunmur. Ancaq buna qədər Moskva çox istəyəcək ki, məsələni Azərbaycanın hərbi təzyiqi ilə həll etsin. Bu baxımdan çox önəmlidir ki, Ərdoğan İlham Əliyevlə son görüşdə sərhəd toqquşmalarını pisləyərək, Rusiyanı nəzərdə tutaraq üçüncü tərəfin sülh prosesini zəhərləməyə çalışdığını deməklə həm də Azərbaycanın Moskvanın hərbi planlarında iştirakına qarşı olduğunu açıq ifadə etdi. Bu da ümid yaradır ki, Putin Azərbaycanı öz təhlükəki planlarına alət edə bilməyəcək. Çünki bu gün Türkiyənin Azərbaycana təsiri təkcə Ərdoğanın İlham Əliyevlə şəxsi əlaqəsi zəminində deyil, həm də Türkiyə hərbiyyəsinin Azərbaycan ordusunda dərinə getmiş təsir imkanları ilə bağlıdır. Bu isə o deməkdir ki, Azərbaycan Türklərinin razılığı olmadan yalnız Moskvadan gələn sifarişlə hər hansı genişmiqyaslı əməliyyata qərar verə bilməz. Odur ki, böyük ehtimalla Putin Paşiniyanla bu partiyanı tək özü oynamalı olacaq.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir