KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Serbiya və Kosova münasibətlərini kim gərginləşdirir?

Kamal Aliyev: Serbiya və Kosova münasibətlərini kim gərginləşdirir?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
296 0

Kremlin Balkan yarımadasını qarışdırmaqda məqsədi nədir?

Bir müddətdir siyasi analitiklər yazırdılar ki,Qərb Rusiyaya qarşı ikinci cəbhə açmaga çalışır.Hətta ortaya atılan iddialardan biri də Rusiyaya qarşı ikinci cəbhənin Cənubi Qafqazda(Azərbaycan-Ermənistan,Gürcüstan-Abxaziya-Cənubi Osetiya)açılacagı ptoqnozlaşdırılırdı.
Gəlin Azərbaycan-Ermənistan arasındakı son proseslərə elə bu prizmadan yanaşaq.Hətta Gürcüstandakı son siyasi prosesləri də bu rakursdan nəzərdən keçirə bilərik.

Putin sag göstərib soldan vurur.

Yadınızdadırsa,qısa bir müddət öncə yazmışdım ki,Rusiya Ukrayna ilə kifayətlənməyəcək və növbəti eskalasiyanı Moldaviyada,ya da Balkanlarda yaradacaq.
Təbii ki,Kreml baltikyani ölkələrə indiki məqamda hücum etməyə cürət etmir.Səbəb çox sadədir:Latviya,Litva və Estonya NATO və Aİ-nin üzvləridir.
Deməli,Rusiya diktatorunun indiki hədəfi Serbiya və Kosova arasında hərbi konfrantasiya yaratmaq(süni və kontrollu olsa da),Moldaviyada isə Kremlə yaxın olan İqor Dodonun tərəfdarlarını mövcud Maya Sandu hökumətinə qarşı aktivləşdirməkdir.
Yeri gəlmişkən,bu gün M.Sandu belə bir açıqlama verib ki,Moldaviyadakı Rusiyaya yaxın qüvvələr(5-ci kolon)dövlət çevrilişi etmək istəyirlər.Sandunun bu iddiası kifayət qədər ciddi və təhlükəlidir.
Üstəlik,Kreml separatçı Dnestryani bölgənin referendum keçirərək,Rusiyaya birləşəcəyi haqqında xəbərləri intensivləşdirir.
Zənnimcə,Rusiya qış aylarında Moldaviyaya təbii qazın nəqlini dayandıracaq və daxildəki “5-ci kolonu”hücuma keçirəcək.

Rusiya Qərbə qarşı Serbiyadan cəbhə aça bilər.

Serbiyaya gəldikdə isə,burda indiki siyasi situasiya olduqca kritikdir.Belə ki,bu gün Serbiya prezidenti,Putinin dostu Aleksandr Vuçiç deyib ki,Kosovada yaşayan serblər bundan sonra daha çox zülmə dözməyəcəklər.Qeyd edim ki,Belqrad və Priştina arasında gərginliyin əsas səbəbi Kosovanın baş naziri Abin Kurtinin”Kosovaya daxil olan serblərə bundan sonra müvəqqəti kimliklər veriləcək və Serbiya pasportlarını istifadəsinə lüzum yoxdur”deməsidir.
Rusiya tərəfi isə deyir ki,Balkan yarımadasında vəziyyəti qeyri-stabil edən ABŞ və Aİ-dir.

Reallıq isə belədir ki,Rusiya Avropada ikinci cəbhə açmaq istəyir və 1,9 mln əhalisi olan Kosovadakı 500 minlik etnik serbdən istifadə etmək istəyir.
Görünür,Rusiya Qərbə qarşı hibrid müharibə taktikasından daha açıq şəkildə istifadə etməyə başlayıb.
Baxmayaraq ki,Kosova 2008-ci ilin 17 fevralında müstəqilliyini elan edib,ancaq hələ də bu kiçik ölkənin müstəqilliyini yalnız Qərb ölkələri tanıyıb.Kosova hələ də BMT-nin üzvü deyil,çünki bu ali qrumun Təhlükəsizlik Şurasının Rusiya və Çin kimi ölkələri veto hüquqlarından istifadə edirlər.

Keçən əsrin 90-cı illərində Yuqoslaviyanın parçalanması ilə serblər və bosniya müsəlmanları arasında baş verən müharibədə minlərlə insan həyatını itirmişdi.Dogrudur,ikinci dünya müharibəsindən sonra Avropa qitəsində baş verən bu qanlı müharibə Deyton sülh müqaviləsi ilə başa çatsa da,görünür,bəzi qlobal aktorlar(xüsusilə Rusiya)Avropanın cənubunda kövrək sülhü qaşıyır.
Əslində,Avropa İttifaqı Serbiyanı da öz sıralarında əvvəlcə namizədlik statusu verməklə görmək istəyir.Lakin Rusiyaya yaxın olan A.Vuçiç hökuməti Aİ-ya daxil olmaga qarşıdır.

Rusiyanın Serbiya və Kosova arasında son baş verənlərdə əsas məqsədi şübhəsiz ki,Kontinental Avropada yeni konflikt ocagı yaratmaqdır.Kreml bu ilin sonu,gələn ilin əvvəllərinə qədər Avropaya kütləvi qaçqın axını və Aİ-də iqtisadi resessiya,staqnasiya yaratmaqdır.
Putin ehtimal ki,qışda Avropaya nəql ediyi təbii qazı birdəfəlik kəsəcək və qitədə milyonlarla qaçqınların vasitəsi ilə humanitar fəlakət yaratmagı hədəf seçib.
Birinci dünya müharibəsi balkanlardan başlamışdı.İkinci dünya müharibəsi isə alman nasistlərinin Polşaya hücumu ilə start götürdü.Yəqin ki,üçüncü dünya müharibəsini də elə yenə də Avropadan başlatmaq istəyirlər.Həm də “barıt çəlləyi”olan Balkan yarımadasından.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir