KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Erdogan neden Fransa’nı teröre desteklemekde itham etdi?

Kamal Aliyev: Erdogan neden Fransa’nı teröre desteklemekde itham etdi?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
56 0

-Türkiyə prezidenti Ərdogan bu gün Aydın şəhərində keçirdiyi mitinqdə bəyan edib ki,Fransa terrora dəstək verən əsas ölkədir.Bu,olduqca ciddi ittihamdır.Ancaq ortaya bir sual çıxır:bayram deyil,seyran deyil,Ərdogan indiki məqamda niyə görə Fransanı terrora dəstək verməkdə ittiham edir?
Bəli,bu,ola bilsin ki,Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində türk prezidentin səsləndirdiyi ənənəvi populist bəyanatlardan biridir.Lakin Türkiyə prezidentinin Fransanı bu sayaq ittiham etməsi Cənubi Qafqazda-xüsusilə,Azərbaycan və Ermənistan arasında ehtimal olunan növbəti hərbi toqquşma ilə də əlaqəli ola bilər.Bilirik ki,Fransa Ermənistanı sürətlə silahlandırır,bu ölkənin baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-də fəaliyyətini dondurdugunu açıq-aşkar bəyan edir.
Hal-hazırda,Rusiya-Ermənistan münasibətləri tarixdə heç vaxt olmadıgı qədər gərgin istiqamətdə inkişaf edir.Hətta vəziyyət o həddədir ki,Kremlə yaxın beyin mərkəzləri Rusiyanın Ermənistana hərbi müdaxilə etməli oldugunu,Gümrü şəhərinin ruslara məxsus oldugunu dilə gətirməyə başlayıblar.Paşinyan və ətrafının artıq başqa çıxış yolu qalmayıb:onlar ya sona qədər Rusiyaya dirənməli,ya da “köhnə hamam,köhnə tas”məntiqiylə hərəkət etməlidirlər.
Maraqlı məqam həm də budur ki,Fransa prezidenti Rusiyanı ölkəsinin təhlükəsizliyinə təhdid görür və Ukraynaya hərbçi göndərəcəyinə eyham vurur.Rusiya da öz növbəsində Fransanı Afrikadakı hinterlandlarından qovur.Göründüyü kimi,Moskva-Paris rəqabəti Afrikadan Cənubi Qafqaza da keçməkdədir.

Faktiki olaraq,Cənubi Qafqaz addım-addım Fransa və Rusiya arasında “təcrübə taxtası”na çevrilməkdədir.Mümkündür ki,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan bu təhlükəni görərək,Fransanı bu gün çox agır şəkildə ittiham etdi.
Cənubi Qafqaz qlobal rəqabətin episentrinə çevrilməkdədir.
Daha diqqətli,daha ayıq-sayıq olmalıyıq.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir