KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: “Qafqazda münaqişə bölgələrini sülhə çevirmək üçün vaxt daralır”

Hasan Oktay: “Qafqazda münaqişə bölgələrini sülhə çevirmək üçün vaxt daralır”

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
45 0

Azərbaycan 44 günlük müharibə ilə torpaqlarını Ermənistan işğalından azad edəndə Rusiya regiondakı hegemonluğunu davam etdirmək istəyirdi”. Bu barədə SİA-ya açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay deyib.

Onun sözlərinə görə, sülhməramlı qüvvələr Rusiyanın regionda qalması üçün vasitə rolunu oynayırdı: “Rusiya Laçın dəhlizi ilə Ermənistandan keçməklə Dağlıq Qarabağı nəzarətdə saxlamaq və Qarabağ vasitəsilə Azərbaycanla Ermənistan arasında gərginliyi davam etdirmək istəyirdi. Noyabrın 10-da imzalanan sülh sazişindən sonra Rusiyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı addımlarına nəzər saldıqda Rusiyanın niyyəti açıq şəkildə ortaya çıxır. Azərbaycanın bu məsələdə həssaslığı, Ukrayna böhranı fonunda Putin tələsik hərəkət edərək Qarabağ məsələsində yeni strategiyanın başladığını bildirdi. Bundan sonra Azərbaycan Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan ərazi sərhədləri daxilində öz hakimiyyətini bərpa üçün hərəkətə keçdi”.

H.Oktay bildirib ki, Rusiyanın Dağlıq Qarabağda hələ də sülhməramlılar adı altında əsgərləri var: “Türkiyə, Azərbaycan və Ermənistan arasında sülhün imzalanması prosesi ləngidiyindən bu, Cənubi Qafqazda ambisiyaları olan bütün dövlətləri regiona cəlb edəcək. Rusiya iddialarını saxlamaq üçün Ermənistanla Azərbaycan arasındakı münaqişədən istifadə edir. Əslində Rusiyanın gözləntisi ondan ibarətdir ki, Ermənistanın Türkiyə sərhədləri rus əsgərləri tərəfindən qorunacaq, necə ki, Ermənistan Azərbaycan sərhədlərinin rus əsgərləri tərəfindən qorunacağını gözlədiyi kimi. Buna baxmayaraq, Avropa, xüsusilə Fransa Ermənistan-Azərbaycan münaqişəsini qızışdırmaqla Ermənistan vasitəsilə Cənubi Qafqazda özlərinə uyğun strateji zəmin tapmağa çalışır”.

Müsahibimiz sonda qeyd edib ki, Qafqazda münaqişə bölgələrini sülhə çevirmək üçün vaxt günü-gündən daralır: “Türkiyə, Azərbaycan və Ermənistan güclü sülh razılaşması əldə edə bilməsə, bölgə münaqişə zonasına çevrilə bilər. Fransa Ermənistanı silahla təmin etməklə bir tərəfdən Rusiyaya qarşı ciddi cəbhə yaratmaq, digər tərəfdən isə erməni xalqının diqqətini və nəzarətini öz nəzarəti altına almaq üçün gedişlər edir. İran və Hindistan da regionda öz təsirlərini artırmaq üçün bu rəqabətdən istifadə edirlər”.

Müəllif: Rəşid Qarayev
https://sia.az/az/news/politics/1135562.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir