Ermənistan Xarici işlər naziri Mirzoyanın dünən AB texniki qiymətləndirmə qrupunun rəhbərliyi ilə görüşüb. Görüşdə əsas məqsəd AB müşahidə missiyasının Ermənistan – Azərbaycan sərhədində yerləşdirilməsi ilə bağlı müzakirələr aparmaq olub.
Xatırladım ki, Avropa İttifaqınln bundan öncəki 2 aylıq müşahidə missiyasının müddəti dekabrın 19 – da başa çatıb. İndi Ermənistan bu missiyanın yenidən sərhəddə gətirilməsi üçün çalışır.
İlkin məlumatlara görə əvvvəllki vaxtdan fərqli olaraq, AB bu məsələyə əvvəllər olduğundan daha müsbət yanaşır. Ermənistanın bu məsələdə israr etməsi təsadüfi deyil. Rusiya ilə yaşanan gərginlik və ölkədə getdikcə güclənən anti-Rusiya ovqatı iki ölkənin münasibətlərinin qırılma nöqtəsinə doğru getməkdə olduğunu göstərir . 2 gün öncə Rusiyanın 102-ci bazası qarşısında Paşinyanın sağçı qüvvələrin əli ilə təşkil etdiyi etiraz aksiyası, əslində, Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığa və ittifaqa son qoymağa hazırlaşdığını an xəbər verir. Ona görə də Paşinyan hakimiyyəti narahatdır ki, Rusiya bu prosesi sakit qarşılamayacaq və mütləq cavab tədbirləri görüləcək.
Bu baxımdan son günlər Azərbaycanda rəsmi səviyyədə tarixi Qərbi Azərbaycan əraziləri ilə bağlı məsələlərin gündəmə gəlməsi Ermənistanda o təəsüratı yaradır ki, Rusiya Laçın yolundakı aksiyadan sonra, indi də bu yolla ona qarşı təzyiqləri artırır.
Ona görə də, Paşinyan Azərbaycanla sərhəddə AB missiyasını yerləşdirməklə Ermənistanın təhlükəsizliyini Qərbin əli ilə təmin etməyə çalışır. Bu yolla, o, hərbi baxımdan özündən daha güclü olan Azərbaycan qarşısında ölkəsinin təhlükəsizliyini təminat altına ala biləcəyini düşünür.
Fuad Gahramanlı
Fuad Gahramanlı: Paşinyan niyə sərhədi Qərbin nəzarətinə vermək istəyir?
344 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.