KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Rusiya Ukraynaya hərbi müdaxilə etsə

Rusiya Ukraynaya hərbi müdaxilə etsə

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
333 0

Dünən ABŞ prezidenti C.Baydenin rusiyalı həmkarı V.Putin ilə 50 dəqiqəlik telefon danışıgını görürəm ki,azərbaycanlılar yenə də “şərq təfəkkürü”,”urra”qoyma gəldi”məntiqi ilə başa düşüblər və ya başa düşməyə çalışırlar.
Əfsuslar olsun ki,bizim xeyli uzaq perspektivi görməkdə çətinlik çəkən,hər şeyi qısa perspektiv üçün ayarlayan insanlarımız yenə də proseslərə antik mallar satılan dükana girib hər şeyi dagıdan “fil” kimi yanaşırlar.

Keçək mövzuya…

Beləliklə,ABŞ prezidenti C.Baydan birdaha V.Putinin nəzərinə çatdırıb ki,Rusiya Ukraynaya hərbi müdaxilə etsə,həm agır iqtisadi sanksiyalara məruz qalacaq,həm NATO aliyansa üzv olan ölkələrdə hərbi varlıgını artıracaq,həm də Ukraynaya əlavə yardımlar ediləcək.
Bəli,bunu bəzi azərbaycanlılar ABŞ-ın Rusiyaya “xəbərdarlıgı”kimi yozur.Reallıq isə budur ki,Vaşinqton bunu yeni demir,aylardır Rusiyaya deyir ki,ən agır iqtisadi sanksiyalara(maliyyə,hərbi sənaye komleksi)hazır ol.Ehtimal edirəm ki,qərb Rusiyaya qarşı “Anakonda”əməliyyatına da start verə ilər.
V.Putin isə birdaha C.Baydenə deyib ki,ABŞ və onun NATO-dakı müttəfiqləri Rusiyanın təhlükəsizliklə baglı narahatlıqlarını anlamalı və qarantiya verməlidirlər.Bu,həm də o deməkdir ki,NATO yazılı şəkildə(ruslar şifahi vəd istəmir)Rusiyaya zəmanət verməlidir ki,hərbi aliyans Ukrayna və Gürcüstanı üzv qəbul etməyəcək və ümumiyyətlə postsovet məkanından uzaq duracaq.

V.Putinin müşaviri Yuri Uşakovun dediklərindən belə çıxır ki,C.Bayden Ukraynaya əlavə hərbi kontingent göndərməyi planlaşdırmadıgını bəyan edib.Uşakov onu da vurgulayıb ki,Bayden Putinin təlıblərini ciddi qəbul edib.
Bu,o demək olur ki,ABŞ və NATO hərbçiləri Ukraynaya hücum ediləcəyi təqdirdə birbaşa döyüşlərdə iştirak etməyəcəklər.Əvəzində,Rusiya ilə həmsərhəd olan NATO ölkələrində strateji hücum silahlarının əhatə dairəsini genişləndirəcəklər.Zənnimcə,Rusiya da həm Belorusda,həm də Polşa və Litvanın arasında yerləşən Kalininqradda öz nüvə başlıqları daşıyan qitələrarası ballistik raketlərini yerləşdirəcək.

Düşünürəm ki,Putinin Ukraynaya müdaxiləsinə cavab olaraq,qərb Rusiyaya qarşı “kabus”iqtisadi sanksiyalara üstünlük verəcək.Ancaq Rusiyaya qarşı sanksiyalara müqavimət göstərən Avstriya,İtaliya,Macarısta və qismən də Niderland var.Yəni,Rusiyaya qarşı agır sanksiyala hətta qərbin daxilində belə vahid mövqe yoxdur.O zaman Moskvaya qarşı agır sanksiyaların yükünü ABŞ çəkməli olacaq.Ola bilsin ki,Almaniyanın yeni federal hökuməti “Şimal axını-2″təbii qaz boru xətti layihəsinin sertifikatlaşdırılmasını təxirə salsın.
Ruslar isə deyir ki,agır sanksiyalar bütövlükdə ABŞ-Rusiya münasibətlərinin kəsilməsi ilə nəticələnə bilər.Və bu,çox böyük siyasi və strateji səhv olardı.
Ancaq qərb də öz geopolitik və geostrateji maraqları naminə,Putinin qarşısından qaçmayacaq.Necə ki,Putin deyir onun geri çəkiləsi yeri qalmayıb,eləcə NATO-nun da vəziyyəti eynidir.

Beləliklə,yanvar ayında Rusiya və Qərb arasında Ukrayna mövzusu ilə baglı üç görüş keçiriləcək..

-Yanvarın 9-10 da Cenevrədə ABŞ və Rusiya nümayəndələri görüşəcək.

-Yanvarın 12-də Brüsseldə NATO və Rusiya nümayəndələri biraraya gələcək.

-Nəhayət,üçüncü görüş yanvarın 13-də ATƏT və Rusiya təmsilçiləri arasında baş tutacaq.

Ehtimal etmək olar ki,hər üç görüşdən sonra “Normandiya Formatı”(Frasa,Ukrayna,Rusiya,Almaniya)çərçivəsində Minsk razılaşmalarının müzakirəsi başlayacaq.Əslində,Rusiya Minsk razılaşmalarına həvəslidir,ona görə ki,Ukraynanın ərazi bütövlüyü çərçivəsində Donetsk və Luqanska muxtariyyət statusunun verilməsi bu razılaşmada əks olunub.Hələ ki,Ukrayna prezidenti V.Zelenski Minsk razılaşmalarının müddüalarına yaşıl işıq yandırmır.Çünki,Rusiya cıgallıq edir və tələb edir ki,Ukrayna NATİ-ya üzv qəbul edilməsin,Donetsk və Luqanska geniş muxtariyyət hüququ tanısın.Ancaq V.Putin blef edir.Putin, bir tərəfdən Donetsk və Luqanskda muxtariyyət istəsə də,başqa bir tərəfdən nəzarətində olan separatçılara rus pasportları paylayır.
İndi kim ruslara inanar?!

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir