KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kənan Novruzov: Ərdoğanın Ukraynadakı müharibəyə son qoymaqla bağlı şansları çox deyil, amma…

Kənan Novruzov: Ərdoğanın Ukraynadakı müharibəyə son qoymaqla bağlı şansları çox deyil, amma…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
236 0

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Rusiya ilə Ukrayna arasında böhranın başa çatdırılması və bu problemin diplomatik yolla həlli üçün bütün cəhdlər davam edir.
Hələ müharibə başlamazdan əvvəl Ankara Moskva və Kiyevi diplomatik masa arxasına dəvət etməyə çalışsa da, buna nail ola bilməmişdi. Savaş başlayan ilk gündən etibarən isə Türkiyə sülh üçün səylərini davam etdirir.
Əlbəttə, mövcud AK parti iqtidarı indiyədək bu istiqamətdə xeyli iş görüb. “Taxıl sazişi”, əsir mübadiləsi, həmçinin Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyinin təmin olunması Ankaranın səylərinin nəticəsidir.
Tərəflər arasında sülhə və Şərqi Avropa sabitliyə nail olmaq Türkiyə üçün əhəmiyyətlidir. Çünki Ankaranın həm Moskva, həm də Kiyəvlə normal əlaqələri var. İkinci bir tərəfdən, Ərdoğan bunu bacararsa, həm daxildə, həm də beynəlxalq aləmdə nüfuzu xeyli artar. Üçüncüsü isə hər kəsə, o cümlədən də Ərdoğana yaxşı məlumdur ki, müharibənin arxasında dayanan Qərbdir. ABŞ və müttəfiqləri bu savaşda maraqlıdır. Bəzi Qərb dövlətləri, o cümlədən Vaşinqton zaman- zaman Ankaraya təzyiq göstərməyə cəhd edirlər. Bu mənada onların oyunlarını pozmaq Türkiyənin marağındadır.
Lakin etiraf etmək lazımdır ki, tərəflərin hər ikisinin maraqlarına uyğun şəkildə sülhə nail olmaq o qədər də asan deyil: Ukrayna ərazisi güzəştinə getmək, Rusiya isə tutduğu torpaqlardan çıxmaq istəmir. Həmçinin nüvə silahından istifadə və üçüncü dünya müharibəsi ehtimalı tədricən artır. Əslində bunu Ərdoğan və komandası da anlayır. Təsadüfi deyil ki, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bu günlərdə demişdi ki, savaş qarşıdakı aylarda daha da şiddətlənəcək.
Bir sözlə, Ərdoğanın şansları indi əvvəlkinə nisbətən daha azdır. Buna baxmayaq, o, səylərini, təmaslarını davam etdirir. Beləliklə, Türkiyə lideri həm də xüsusilə seçkilər ərəfəsində reputasiyasını qorumağa çalışır və beynəlxalq ictimaiyyətə lazımi mesajlar verir.

    Kənan Novruzov

Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir