KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: AXCP -ni “ofsayda” qoymaq mümkündürmü?

Fuad Gahramanlı: AXCP -ni “ofsayda” qoymaq mümkündürmü?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
177 0

AXCP – nin qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyi hələ ki, öz yekun qərarını bildirməyib. İndidən demək olar ki, bu cavabın necə olacağı Xalq Cəbhəsindən daha çox hakimiyyətin problemidir. Çünki AXCP bütün hallarda, veriləcək cavabın necəliyindən asılı olmayaraq öz fəaliyyətini davam etdirmək əzmində olduğunu hakimiyyətin və cəmiyyətin nəzərinə çox açıq formada çatdırıb.

AXCP – nin Ədliyyə Nazirliyinə təqdim etdiyi üzvlər siyahısı isə elə dəqiq işlənib ki, onu şübhə altına almaq mümkün deyil və bu prosesin gedişində partiya öz statusunun ictimai legitimliyini artıq demək olar ki, təmin edib. Ona görə də AXCP- nin qeydiyyatı ilə bağlı müsbət qərar olarsa, bu hakimiyyətin xüsusi münasibətini deyil, cəbhəçilərin qanuni haqqını etiraf etməyin labüdlüyünü göstərəcək
təsbit ol Bu reallığı isə hərkəs nəzərə almalıdır.

Əgər hakimiyyət bu məsələdə hər hansı səhvə yol verəcəyi təqdirdə AXCP-nin öz fəaliyyətini davam etdirəməklə bağlı kollektiv iradəsi və qətiyyəti rejim üçün ciddi siyasi böhrana yol aça bilər . Bu zaman hakimiyyətin demokratik müxalifətin varlığına son qoymaq cəhdinə qarşı göstərilən siyasi müqavimət istər beynəlxaq səviyyədə, istərsə də ölkə daxilində demokratiya probleminə daha çox diqqət çəkər. Belə bir vəziyyət xarici siyasətdə rejimə qarşı geniş miqyaslı təzyiqləri stimullaşdırararaq ölkə daxili demokratik mübarizəyə beynəlxalq dəstəyi daha da artırmış olar. Bununla da hakimiyyət onsuz da bərbad olan imicini daha da korlayıb beynəlxalq tərəfdaşlarını avtoritarizm ilə demokratiya arasında seçim qərarı verməyə zorlanmış olar. Bunu indidən nəzərə almaq lazımdır.

AXCP-nin bu günə qədər qeydiyyatı olsa da, bu qeydiyyat ona hər hansı imtiyaz tanımayıb, siyasi repressiyaların əsas hədəfi olmasına mane olmayıb. Ötən müddətdə hakimiyyət AXCP-nin sıradan çıxarmaq üçün partiyanın qərərgahını almaqdan tutmuş onu, bölüb parçalamağa, zaman – zaman fəal funksionerlərini həbsə atmağa , dövlət başçısının dili ilə bir neçə dəfə qanundankənar elan etməyə qədər hər şeyə əl atıb. Bəs nəticə nə olub? Ən ağır repressiv şərtlərdə Xalq Cəbhəsi qurbanlar verə – verə, mübarizə apararaq bir tərəfdən təşkilat kimi güclənib, o bir tərəfdən də cəmiyyətin böyük rəğbətini və siyasi dəstəyini qazanaraq ölkənin ana müxalifət partiyasına çevrilməyi bacarıb.

Ona görə də bütövlükdə cəbhəçilər üçün apardıqları mübarizədə hər hansı qeydiyyat baryeri yoxdur ki, buna görə onlar öz hədəflərindən, demokratik dəyişikliklər uğrunda mübarizədən vaz keçsinlər. Ancaq hakimiyyət hüququ və ədaləti tapdalayıb siyasi mülahizələrlə AXCP-nin qeydiyyatında problem yaratmağa çalışarsa, bu zaman cəbhəçilər bu olaya daha emosional yanaşıb və təşkilat təəssübkeşliyi ilə öz siyasi kimliklərini qorumaq üçün sonuna qədər dirənəcəklər.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir