KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Berat Abbasoğlu: Rusiya Ukraynaya qarşı dahada aqressivləşir

Berat Abbasoğlu: Rusiya Ukraynaya qarşı dahada aqressivləşir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
179 0

Getdikcə Rusiya Ukraynaya qarşı dahada aqressivləşir. Bu gün baş verən raket hucumundan sonra 26 nəfər ukraynalı həlak olub , 120-dən çoxu yaralanıb… Müharibənin başlanmasının 2 ilinə sayılı günlər qalmaqdadır. Artıq acı bağırsaq kimi uzanır müharibə…
Rusiya-Ukrayna müharibəsi başlayanda yazdığım statususların birində Zelenskini nəzərdə tutub qeyd etmişdim ki, dövlətin birinci şəxsi maksimum müharibədən yayınmağı bacarmalıdlr. Sonra əlavə edərək yazmışdım ki, bu Rusiyaya haqq qazandırmaq anlamına gəlməməlidir. O vaxt bəzi dostlar burda məni az qala “topa tutacaqdı”…
Qərb Ukraynanın əliylə Rusiyanı çökdürmək istəyir. Bunun üçün milyardlarından keçən Qərb Ukraynaya 2 ildən çoxdur yardım edib silahlandırır. Artıq Ukraynaya silah və digər zəruri məhsullar göndırən dövlətlər bu yardımı dayandırmaq üzrədir və yaxud bir bəziləri artıq dayandırıb…
Fikrimcə müharibə bir azda uzansa, Qərb Ukraynanı meydanda tək qoyacaq. Ən yaxşı halda Ukraynanı itirilmiş əraziləri ilə barışmağa vadar edib, atəşkəsə məcbur edəcək.
Demək olar ki, ABŞ və Qərb Ukraynanı artıq “rasxoda” verib.
Dünyada insan həyatından qiymətli heçnə yoxdur. Ölən o körpələrin, uşaqlarln, qocaların günahı kimin ayağındadır. Tək Putininmi ? Hesab edirəm bu cinəyətə ABŞ və Qərbdə ortaqdır…
Yadıma ABŞ-ın İraqı xarabazara qoyduğu, on minlərlə iraqlının məhv edilməsi düşdü.
Necə düşünürsünüz, medalın bir üzü Rusiyadırsa, o biri üzü Qərb deyilmi ?
BeratAbbasoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir