KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Rusiyanın yeni il “sürprizi”: Ukraynada “qanlı Varfalomey”

Kənan Novruzov: Rusiyanın yeni il “sürprizi”: Ukraynada “qanlı Varfalomey”

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
94 0

Dekabrın 28-də Rusiya Ukraynada növbəti dəfə kütləvi raket hücumu həyata keçirib. Nəticədə 20-dən çox adam həlak olub, 100- dən çox adam yaralanıb.
Ukrayna rəsmiləri məsələyə operativ münasibət bildiriblər. Prezident Volodimir Zelenski deyib ki, bu, cavabsız qalmayacaq. Xarici işlər naziri Dmitro Kuleba isə söyləyib ki, Rusiyanın terror hücumu danışıqların mümkünsüz olduğunu bir daha göstərdi.
Öncə onu deyək ki, Rusiya indiyə qədər bir neçə dəfə Ukrayna ərazisinə kütləvi raket hücumları həyata keçirib. Bu, rəsmi Moskva üçün bir növ ənənə halını alıb. Kütləvi raket hücumlarının adətən bayramlar ərəfəsində həyata keçirilməsi təsadüfi deyil.
Ümumiyyətlə, Kremlin kütləvi raket hücumlarındakı məqsədi aydındır: Ukrayna xalqının əzmini qırmaq, camaatı hakimiyyətə qarşı qaldırmaq. Amma Moskva hələ ki, buna nail ola bilmir.
Ukraynanın Rusiyanın bu addımına ciddi cavab verəcəyini düşünmürəm. Ən yaxşı halda Rusiyaya PUA hücumları və ilhaq olunmuş Krım yarımadasındakı hərəkətlənmələr intensivləşə bilər.
Kütləvi raket hücumları bundan sonra da təkrarlana bilər.
Ukraynanın müdafiə naziri Rustəm Umerov da bu barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Rusiyanın kifayət qədər raket ehtiyatı var və bu, analoji hücumların təkrarlanmasına imkan verir.
Ola bilsin, bu dəfəki kütləvi raket hücumu Rusiyanın desant gəmisinin və bir neçə Su təyyarəsinin vurulmasına cavab idi.
D. Kulebanın fikirlərinə gəldikdə isə söyləməliyik ki, müharibənin yaxın vaxtda bitəcəyi onsuz da gözlənilmirdi. İndiki şəraitdə nə Moskva, nə də Kiyev danışıqlara yaxın durar. Bu cür kütləvi raket hücumları isə işi daha da çətinləşdirir.
Ukrayna artıq dağılıb. Ölkə, demək olar, xarabalığa çevrilib. Zənnimcə, xalqda da müəyyən mənada immunitet yaranıb. Ukraynanın itirəcəyi şey daha azdır nəinki Rusiyanın. Odur ki, rəsmi Moskvanın kütləvi raket hücumları ilə nəyəsə nail olacağını düşünmürəm.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir