KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Avropa İttifaqından Rusiyaya sarsıdıcı zərbə

Fuad Gahramanlı: Avropa İttifaqından Rusiyaya sarsıdıcı zərbə

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
288 0

Rusiyadan neft alışı 90 % azaldılacaq

Rusiya bütün gücünü səfərbər edib Donbasda irəliləməyə çalışdığı bir ərəfədə, Aİ Putin rejiminə sarsıdıcı zərbə vuran qərarlar qəbul etdi. Bununla da Putin rejiminin Avropa İttifaqı ölkələri arasında Ukrayna məsələsi ilə bağlı fikir ayrılıqları yaranmasına bağladığı ümidlər boşa çıxdı.
Aİ liderlərinin dünən başa çatmış sammitimdə Rusiya ilə bağlı 6-cı sanksiya paketinin qəbulu razılaşdırılıb. Sammitin yekun bəyannaməsində Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini qeyd şərtsiz tərk etməsi tələb olunur.
Qəbul edilən sanksiya paketi ilə bağlı Aİ Şurasının prezidenti Şarl Mişel bildirib ki, “Bu qadağa ilkin mərhələdə Rusiyanın Avropaya neft ixracını 75%, ilin sonuna kimi isə 90% məhdudlaşdıracaq”. O həmçinin əlavə edib ki, “Rusiyanın ən böyük bankı hesab olunan “Sberbank”ın SWIFT-dən çıxarılacaq , Rusiyanın üç dövlət orqanına Avropada yayım qadağası qoyulacaq və Ukraynada törədilmiş hərbi cinayətlərə görə günahkarlara sanksiyalar tətbiq ediləcək”.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də Şarl Mişelin bu bəyanatını təsdiqləyib.
Məlumat üçün qeyd edək ki, Rusiya ötən il Avropaya qaz ixracından 55.5 milyard dollar, neft ixracından isə 120 milyard dollar gəlir əldə edib ki, bu da dövlət il büdcəsinin 45%-i deməkdir .
Rusiya bütün hərbi gücünü səfərbər edib Donbasda irəliləməyə çalışdığı bir vaxtda Aİ-nın bu sanksiya qərarı Putin rejimi üçün çox ağır zərbə oldu. Sanksiyaların getdikcə sərtləşməsi Rusiyanın böyük itkilər hesabına irəliləməsini əhəmiyyətsizləşdirir. Çünki bu gedişlə Rusiya hərbi əməliyyatları maliyyələçdirmək imkanlarını tamam itirəcək. Hesablamalara görə Ukrayna müharibəsi günlük Rusiyaya 600 milyon dollardan artıq xərcə başa gəlir. Hazırkı sanksiyalar şəraitində öz daxili rezervlərini xərcləyən Rusiyanın bu qədər böyük xərci uzun müddətə qarşılamaq imkanları isə yoxdur.
Rusiyanın üz tuta biləcəyi Çin və Hindistan isə ABŞ-n sanksiya xəbərdarlığından sonra Rusiyadan neft idxalını artırmağa ehtiyyat edirlər.
Göründüyü kimi Rusiya Ukraynadacarıqvelə bir bir bataqlığa düşüb ki, onun kiçik hərbi uğurlarla üstünlük qazanmaq cəhdi belə strateji baxımdan daha ağır nəticələrlə üzləşməsinə səbəb olur.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir