KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Cemil Hasanlı: Azərbaycan bütün dünyada COVİD-19 adasına çevrilib

Cemil Hasanlı: Azərbaycan bütün dünyada COVİD-19 adasına çevrilib

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
46 0

Xüsusi Karatin rejimi daha 3 ay -iyulun 1-nə qədər uzadıldı. Adını da qoydular ki, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 iyul saat 06:00-dək uzadılıb. Sonra yenə uzadılacaq və sonra yenə uzadlıcaq. Halbuki, COVİD-19-un xüsusi kartin rejiminə heç bir aidiyyəti yoxdur. COVİD-19 çoxdan qurtarıb və Ümumdünya Səhiyyə Təşkilatı da onun fatihəsini çoxdan verib.

Deməli bizimlə həmsərhəd olan Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İrandan COVİD-19 yoxdur, onun törməsi olan xüsusi karatin rejimi yoxdur, amma bizdə var. Hətta COVİD-in “vətəni” hesab edilən Çində belə bütün məhdudiyyətlər qaldırılıb. Bu necə olur? Son bir neçə ildir ki, Azərbaycan bütün dünyada COVİD-19 adasına çevrilib.

Əslində bunun səhiyyəyə, tibbə, infeksiyaya elə bir aidiyyəti yoxdur. Dünyada artıq çoxdan başa çatmış COVİD-19 Azərbaycanda ölkəni qapalı saxlamaq, azadlıqları məhdudlaşdırmaq, quru sərhədlərini bağlı saxlamaqla əhalinin hərəkətinə məhdudiyyət qoymaq, Konstitusiyon hüquqları boğmaq, sərbəst toplaşmaq azadlığını xüsusi karantin rejimindən asılı etmək üçün siyasi bir qərardır. COVİD-19-dan siyasi məqsədlər üçün istifadə cəhdidir. Hamı bilir ki, xüsusi karantin rejimi kütləvi aksiyaları qadağan etmək, adamları tutmaq üçün əlavə imkanlar verir.

Nə qədər ki, Ənuşirəvan padşahdır Azərbaycanda COVİD-19 həmişə “çiçəklənəcək” və xüsusi karantin rejimi də sonsuzluğa qədər uzadılacaq.
Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir